"Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır" - Tural Gəncəliyev
15:26 04.05.2020
Qarabağ
1368
Son günlər işğalçı Ermənistanın siyasi dairələrində aktiv şəkildə müzakirə edilən mövzu Qorçakov Fondunun təşkil etdiyi onlayn müzakirələr zamanı Rusiya Federasiyasının Xarici işlər naziri Serqey Lavrovun Ermənistan – Azərbaycan münaqişəsinin mərhələli həllinə dair cari vəziyyət barəsindəki açıqlamasıdır.
APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının seçilmiş nümayəndəsi Tural Gəncəliyev deyib.
O, qeyd edib ki, bununla bağlı, Ermənistan rəhbərliyi və Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsindəki qanunsuz rejimin “nümayəndələri” tərəfindən ard-arda heç bir əsası olmayan açıqlamalar səsləndirilir: “Mən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin hüquqi əsaslarla seçilən nümayəndəsi olaraq bildirirəm ki, belə fikirlər tam əhəmiyyətsizdir və işğal faktını ört-basdır etmək məqsədlərinə xidmət edir. Qeyd etmək istəyirəm ki, münaqişə istənilən halda Azərbaycan Respublikasının Konstitusiyasının 11-ci maddəsinə uyğun şəkildə nizamlanacaq. Həmin maddədə isə aydın şəkildə bildirilir ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir.
Ermənistan və onun işğal olunmuş Azərbaycan ərazilərindəki əlaltıları çox şey danışa bilərlər, amma beynəlxalq ictimaiyyətin rəyi Ermənistan-Azərbaycan münaqişəsinin həllində müstəsna əhəmiyyət kəsb etməkdədir və dünya birliyi Ermənistanın işğalçılıq siyasətinə qarşı ədalətli və sərt mövqe tutub. Bu mövqe istər BMT Təhlükəsizlik Şurasının qətnamələrində, istər çox saylı beynəlxalq təşkilatların qərarlarında, istərsə də, çox qısa müddət öncə Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın təşkil etdiyi qondarma “seçkilərə” dünya ictimaiyyətinin kəskin reaksiyasında bir daha öz təsdiqini tapıb. Ermənistan Azərbaycan ərazilərinin işğalı səbəbindən beynəlxalq arenada tək qalmaqdadır.
Müdrik Azərbaycan xalqının atalar sözünü xatırlatmaq istərdim: Suda boğulan saman çöpündən yapışar! Görünür ki, Ermənistan rəhbərliyi və onun işğal olunmuş ərazilərdəki əlaltıları bu tipli əsassız bəyanatlarla daxili auditoriyanı sakitləşdirməyə çalışırlar. Amma, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və məcburi köçünlərin öz torpaqlarına geri qaytarılması münaqişənin istənilən həlli variantının əsas bəndlərindən olacaq.
Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması üçün “təhlükəsizlik təminatçısı” deyil və ola da bilməz. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icması bu həqiqəti çox yaxşı anlayır və əgər regionda sülhə nail olmaqda maraqlıdırsa, o zaman ən qısa vaxtda bizimlə birlikdə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.
Bu günə qədər Azərbaycanın bütün hərbi və siyasi imkanlarına rəğmən, münaqişəni sülh yolu ilə həll etməyə istiqamətlənmiş səyləri məhz Azərbaycan Respublikasının insan həyatına verdiyi dəyərin göstəricisidir. Azərbaycanın sülhpərvər davranışları həm də ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən sülhyaratma missiyasına olan hörmətin bir göstəricisidir.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq biz əminik ki, tezliklə münaqişə həll olunacaq və bizim pozulmuş hüquqlarımız tam bərpa ediləcək. Dağlıq Qarabağ bölgəmizin erməni icması ilə birgə, Azərbaycan Respublikasının vətəndaşı olmağın qazandırdığı müstəsna üstünlüklərdən yararlanaraq, sülh şəraitində yaşayacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq