Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Azərbaycanın ümumi daxili məhsulunda aqrar və turizm sektorunun payı az olsa da, bu iki sektor məşğulluğa kifayət qədər təsir göstərən sahələrdir. Bu baxımdan, əmək qabiliyyətli əhalinin məşğulluğu üçün böyük perspektiv yaranır. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektorunun qarşısında yeni üfüqlər açır. Ötən gün Qarabağın bərpasında Azərbaycan banklarının da rolu geniş müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər. Nazir qeyd edib ki, Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası (Azerbaijan Banks Association / Azərbaycan Banklar Assosiasiyası-ABA) və kommersiya banklarının nümayəndələri ilə görüş olub, dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələləri müzakirə edilib.
Qarabağa hərə bir nəfəs verəcək
23:30 09.09.2021
Qarabağ
772
Məskunlaşma gözlənildiyindən daha tez reallaşa bilər
Qarabağın bərpası və iqtisadiyyatın formalaşması banklar üçün yeni imkanlar yaradacaq
İşğaldan azad edilən rayonların bərpası və iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin olunması Azərbaycan dövlətinin prioritet iqtisadi hədəflərinin önündə gəlir. Heç kəsə sirr deyil ki, işğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu baxımdan da bu ərazilər hər zaman həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. İşğaldan azad edilən torpaqların iqtisadiyyata qazandırılmasının uğurlu təcrübələri vardır. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, yaşayış evlərinin, nəqliyyat infrastrukturunun tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, eləcə də Naxçıvan Muxtar Respublikasında on min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımızda yeni həyatın başlanğıcı oldu. Bu bölgələrimizdə təbii sərvətlərin, faydalı qazıntıların olması bura investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri-neft ixracında qızıl mühüm yer tutur.
Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək. Azərbaycanın ümumi daxili məhsulunda aqrar və turizm sektorunun payı az olsa da, bu iki sektor məşğulluğa kifayət qədər təsir göstərən sahələrdir. Bu baxımdan, əmək qabiliyyətli əhalinin məşğulluğu üçün böyük perspektiv yaranır. Genişmiqyaslı bərpa fəaliyyətləri və yeni infrastrukturun qurulması tikinti sektorunun qarşısında yeni üfüqlər açır. Ötən gün Qarabağın bərpasında Azərbaycan banklarının da rolu geniş müzakirə edilib. İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, dövlətin, cəmiyyətin, biznes dairələri və bankların birgə əməkdaşlığı işğaldan azad edilmiş ərazilərimizin bərpası prosesinə əhəmiyyətli töhfə verə bilər. Nazir qeyd edib ki, Qarabağ Dirçəliş Fondunda Azərbaycan Banklar Assosiasiyası (Azerbaijan Banks Association / Azərbaycan Banklar Assosiasiyası-ABA) və kommersiya banklarının nümayəndələri ilə görüş olub, dövlət-özəl tərəfdaşlığı, bərpa-quruculuq işlərində bankların rolu, investisiya qoyuluşlarına qeyri-dövlət vəsaitlərinin cəlb edilməsi məsələləri müzakirə edilib.
Qarabağın bərpasında Azərbaycan banklarının rolundan danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpasında daxili investorların sərmayə qoymaları çox əhəmiyyətlidir.
Ekspert qeyd edib ki, bununla da Azərbaycan borclanmaya getmədən öz daxili mənbələri hesabına Qarabağın bərpasını həyata keçirəcək:
"Qarabağın bərpası və yenidən qurulması Azərbaycanda prioritet və strateji əhəmiyyət daşıyır. Ötən il Qarabağın bərpası üçün dövlət büdcəsindən 2,2 milyard vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Sözsüz ki, bu prosesdə daxili bankların da iştirakı çox vacibdir. Qarabağın bərpası və iqtisadiyyatın formalaşması banklar üçün də yeni imkanlar yaradacaq, çünki bu, investisiya qoyuluşları imkanlarıdır. Xüsusən həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyələşdirilməsi bu kontekstdə çox vacibdir.
Kommersiya banklarının da prosesə cəlb edilməsi bərpa və yenidənqurma mərhələsinin daha intensiv həyata keçirilməsinə, eləcə də məskunlaşma prosesinin daha da tezləşməsinə imkan yarada bilər.
Bu baxımdan kommersiya banklarının prosesə cəlb edilməsi işğaldan azad olunmuş ərazilərimizin daha tez bərpa və yenidən qurulmasına imkan verəcək. Həmçinin, bu, məskunlaşmanın gözləndiyindən də daha tez reallaşmasına şərait yaradacaq. Eyni zamanda, yeni layihələr iş yerlərinin yaradılmasına imkan verəcək ki, bunun da bütövlükdə prosesə müsbət təsirləri olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə