Qarabağda minalar daha çox "Ohanyan xətti" boyunca basdırılıb
03:40 15.06.2021
Qarabağ
599
"Vətən müharibəsi başa çatandan sonra bu artıq görüntülü faktlarla sübut olunub"
Ermənistan Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün nə vaxtsa döyüşəcəyini bilirdi. Çünki ermənilər Azərbaycan xalqının qətiyyətini və xalqın ölkə başçısına inamını yaxşı görürdü. Ermənistan əvvəl-axır döyüşlərin olacağını bilirdi, ona görə də təmas xəttində illərlə mühəndis-maneələr sistemi yaradırdı. Belə maneə sistemlərinin biri də "Ohanyan xətti" idi. Bu sədd mərhələli maneələr sistemi idi. Konkret ərazidən Azərbaycan əsgərinin irəliləməsinin qarşısını almaq, müəyyən müddətdə ləngitmək üçün Ohanyanın tövsiyəsi (tələbi) ilə ermənilər təmas xətti boyunca piyada əleyhinə mina sahəsi yaratmışdı.
“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov açıqlamasında deyib ki, ən çox mina ermənilərin keçilməz sədd hesab etdikləri “Ohanyan xətti” boyunca basdırılıb. Bu da Ağdamı, Tərtərlə Cəbrayılın müəyyən hissəsini, həm də Füzuli rayonunu əhatə edir. Bəs bu xəttin hansı özəllikləri var?
Sualımızı cavablandıran hərbi-ekspert Ədalət Verdiyev "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağda minaların daha çox "Ohanyan xətti" boyunca basdırılması dəfələrlə səsləndirilib. Ekspert qeyd edib ki, Vətən müharibəsi başa çatandan sonra bu artıq görüntülü faktlarla sübut olunub:
"Həmin "Ohanyan səddi" təxminən 10-a yaxın keçilməz elementlərdən ibarətdir. Onlardan bir neçəsi məhz minalanmış ərazilərdir. Məsələn, orada ilk öncə zirehli texnikalara qarşı tank əleyhinə minalarƏ sonra isə piyada əleyhinə keçilməz minalı sahələr mövcud idi. Qeyd edim ki, həmin minalı səddlər ələ keçirilmiş mövqelərin saxlanılması, rəqibin irəlləməsinin qarşısının alınması üçün kompleks şəkildə qurulmuş güclü maneələrdir. Burada düşmən piyada əleyhinə minalı sahəni "himayə etmək" məqsədilə onun əvvəlində tank əleyhinə xəndək, ardınca isə mina sahələri yaradılmışdı. Üzəri və araları lenta formalı tikanlı məftillərlə hörülmüş bir neçə cərgə dəmir dirəklər basdırılmışdı ki, onların da qarşısında minalar sahələrə rast gəlinirdi. Bəzən piyada əleyhinə mina sahəsi və tank əleyhinə mina sahəsi bir birini əvəzləyirdi".
Hərbi ekspert qeyd edib ki, minaların çoxunun da bu ərazidə basdırılması normal bir haldır:
"Çünki minalı sahələr hücuma keçəcək qüvvələrin hücumlarına problem yaradır, bəzən isə buna imkan vermir. Minalı sahələr düşmənin hücum templərini ləngitməklə ona maksimum zərər yetirmək məqsədi də daşıyır. "Ohanyan xətti"ndə minaların daha çox basdırılması yuxarıda sadaladığım səbəblərlə bağlıdır".a
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur