Qazidən MÜJDƏ ! – “Ordumuz zəfərə hazırlaşır !”
Fidan Həmişəyeva
12:00 22.09.2020
Qarabağ
1330
“Ölkəmizdə hərbi vəzifəlilərin səfərbərliyə hazırlıq təlimləri keçirilir. Demək ki, arzularımıza yaxınlaşırıq”
“Bu, bütün dünyanın, BMT-nin bizə tanıdığı haqqdır və bir millət olaraq da qürurumuzdur”
“Hamımız bir nəfər kimi orduda xidmətə hazırıq, dövlətimizin yanındayıq”
Ermənilərin Azərbaycana qarşı növbəti təxribatı gərginliyin şiddətlənməsinə səbəb olub. Artıq bəzi bölgələrimizdə yüzlərlə insan səfərbərlik idarəsinin qarşısına toplaşıb. Vətəndaşlarımız könüllü olaraq cəbhəyə gedib torpaqlarımızın azad olunması üçün vuruşmaq istəyirlər. Müharibənin başlayacağına dair bəzi iddialar da səslənir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranmış vəziyyətlə əlaqədar məlumat verib. Dövlət Xidmətinin məlumatına görə, hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılırlar: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması həyata keçirilir”.
Mövcud durumu “Sherg.az”a şərh edən “Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi”nin sədri Firidun Məmmədov bildirib ki, hər gün eşitdiyimiz cəbhə məlumatları, atəşkəsin pozulması, ara -sıra şəhid xəbərləri hamımızı məyus edir. Birlik sədri vurğulayıb ki, gücümüz ola-ola gücsüz, qeyrətimiz ola-ola qeyrətsiz duruma düşməyi heç birimiz qəbul etmirik:
“Güclü ordusu, döyüşkən, vətənpərvər igidləri olan dövlət, xalq heç bir zaman düşmənə boyun əyməyib, qarşısından geri çəkilməyib. Ordumuz düşmənin cavabını lazımınca verib və geri otuzdurmağı da bacarıb.
Təəssüf ki, yenə şəhidimiz var. Lakin bu bizi savaş, intiqam hissindən bircə an da olsa soyutmur. Allahdan şəhidimizə rəhmət diləyir, məkanı nurla dolsun deyirik”.
F.Məmmədov qeyd edib ki, sevindirici xəbərlər də alırıq. Ölkəmizdə hərbi vəzifəlilərin səfərbərliyə hazırlıq təlimləri keçirilir:
“Demək ki, arzularımıza yaxınlaşırıq. İllərdir içimizdə yığılan torpaqlarımızı azadetmə hissi, qisas və intiqam duyğusu gücümüzü və qüdrətimizi nəinki düşmənə, bütün dünyaya nümayiş etdirmək istəyi axır ki, gerçəkləşəcək.
Azərbaycan xalqı, qəhrəman oğulları, fədakar insanları ən böyük arzusunu həyata keçirmək üçün öz rəşadətini, qüdrətini göstərərək, torpaqlarımızı azad etmək uğrunda müqəddəs savaşa başlayacaq.
Qısa müddətdə ildırım sürətilə şanlı Azərbaycan ordusu qardaş türk ordusunun da dəstəyilə torpaqlarımızın hamısını, həmçinin Azərbaycanın 1918-ci ildə tanınmış sərhədləri daxilindəki torpaqlarımızı düşməndən azad edəcək.
Bu, bizim haqqımızdır, hüququmuzdur. Bütün dünyanın, BMT-nin bizə tanıdığı haqqdır və bir millət olaraq da qürurumuzdur”.
Birlik sədri söyləyib ki, Azərbaycan xalqı və ordusu öz sözünü deyəcək, haqlı olduğunu sübut edəcək:
“Hamımız bir nəfər kimi orduda xidmətə hazırıq, dövlətimizin yanındayıq. Ali Baş Komandanın əmrinə hazır vəziyyətdə gözləyirik, hansı tapşırıq bizə həvalə olunacaqsa, həmin tapşırığı yerinə yetirməkdə mükəlləfik.
Bayrağımızın bütün torpaqlarımız üzərində dalğalanmasını görmək arzusu ilə başlayan səfərbərliyə xeyirli, uğurlu olsun deyirik. Bir sözlə, Azərbaycan Ordusu səfərə hazırlaşır. Səfər bizim, zəfər Allahın. Səfərin mübarək, Azərbaycan Ordusu !”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil
16:53 29.06.2026
Dünya
Bakıda dörd yaşlı uşaq 5-ci mərtəbədən yıxılaraq ölüb
16:41 29.06.2026
Hadisə
Folklor kollektivləri üçün geyimlər hazırlanır
16:27 29.06.2026
Ölkə
Putin yanacaq böhranına görə benzinin ixracını qadağan etdi
16:12 29.06.2026
Gündəm
Türk dünyasının mərkəzi artıq Azərbaycandır - ŞƏRH
15:48 29.06.2026
Gündəm
Rusiya MN: Kirovoqrad vilayətində yanacaq anbarına zərbə endirilib
15:30 29.06.2026
Dünya
Astanada Qazaxıstan və Gürcüstan liderlərinin görüşü oldu
15:24 29.06.2026
Dünya
Azərbaycanda 63 yaşlı qadın ana oldu - 38 ildən sonra...
15:23 29.06.2026
Cəmiyyət
“Beşiktaş”a “Barselona”dan gənc yarımmüdafiəçi təklifi
15:20 29.06.2026
Futbol
Şəmkirdə yeniyetmənin meyiti tapılıb
15:08 29.06.2026
Hadisə
CHP-də qurultay böhranı məhkəməyə daşınır: Gərgin həftə başladı
14:33 29.06.2026
Siyasət
Rusiya Dneprə ballistik raketlə zərbə endirib, 4 nəfər ölüb
14:00 29.06.2026
Dünya