"Ruhu Qarabağda hələki qərib və narahat dolaşır” - Lalə Hacıyeva 83 yaşlı atasından danışdı
Banuçiçək Kalbalıyeva
13:43 13.04.2020
Qarabağ
1117
Bu gün çoxları, o cümlədən Azərbaycan mətbuatının ən tanınmış nümayəndələri, professorlar, adlı-sanlı qələm sahibləri şəhid jurnalist Osman Mirzəyevdən danışır, onunla olan xatirələrini bölüşürlər.
Bir müddət Azərbaycan respublikası prezidentinin mətbuat katibi kimi çalışmış jurnalist, “Adlarımız”, “Bir dəfə yaşayırıq”, “Damla və göl”, “Qartal uçuşda” kitablarının müəllifi həyatda olsa idi, bu gün 83 yaşını qeyd edəcəkdi. Amma o, artıq neçə on illiklərdir ki, ancaq xatirələrdə yaşayır. 1991-ci ildə, 54 yaşında Xocavənd rayonu yaxınlığında bir sıra dövlət xadimlərilə birlikdə içində olduğu Mi-8 vertolyotunun vurulması ilə ən uca zirvəyə qalxıb-şəhid olub.
“Sherg.az” saytı olaraq Osman Mirzəyevin anım günü ilə bağlı qızı, Filologiya üzrə fəlsəfə doktoru Lalə xanımın fikirlərini öyrəndik. Lalə xanım atasının vəfatının onu sevənləri necə kədərləndirdiyindən danışdı:
“Bu gün atamın 83 yaşı tamam olur. 28 ildən artıqdır ki, həyatda yoxdur, cəmi 54 il yaşadı. Həyatı bəzən parlaq, bəzən solğun, xoşbəxt və kədərli, rəvan və keşmə-keşli oldu. Deyərsiz, çoxlarının həyatı kimi. Bəlkə də... Onu xatırlayanlar deyirlər ki, üzügülər və zarafatçıl idi, savadlı və ziyalı idi, dürüst və vətənpərvər idi. Bir sözlə, qeyrətli Azərbaycan kişisi idi. Atamın faciəli ölümündən təkcə yaxınları deyil, onu az-çox tanıyanlar, heç tanımayanlar da sarsılmışdı. Ölümünün 40-cı günü münasibətilə atamın təhsil aldığı 190 nömrəli məktəbdə sevimli müəllimmərindən biri Sürəyya M.Mirabdullayeva evimizə gəlmişdi və onun əziz xatirəsinə yazdığı “Səninlə fəxr edir Azərbaycanım!” adlı şeirini bizə təqdim etmişdi. 28 il ötüb o vaxtdan”.
L. Hacıyeva, həmçinin bildirdi ki, atası üçün çox darıxır:
“Təklikdə atamı xatırlayanda Nazım Hikmətin sözlərinə yazılmış Zülfü Livanelinin “Yigidim, Aslanım burda yatıyor” mahnısını özümdən qeyri-ixtiyari züm-zümə edirəm. Şeirin “Ne bir haram yedi, ne cana kıydı, Ekmek kadar temiz, su gibi aydın” sözləri eynən sanki atam haqqında yazılıb. Atamın məzarı Bakıda, Birinci Fəxri xiyabandadır, lakin ruhu Qarabağda hələki qərib və narahat dolaşır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq