"Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil"-ŞƏRH
Turan
10:17 03.06.2021
Qarabağ
729
"Kreml Suyu bulandırır"
“Çəkişmələrin iyunun 20-də baş tutacaq seçkilərə kimi davam edəcəyi gözlənilir”
Dünən Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə qanunsuz olaraq Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə daxil olublar. Bu barədə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıb.
Vurğulanıb ki, silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan hərbçiləri ölkəmizin ərazisindən çıxarılıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin ölkəmizin ərazisindən çıxarılması zamanı silahlı qüvvələrimiz tərəfindən silah tətbiq edilməyib. Bəyan edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə müdaxiləsi növbəti təxribatdır və bunun məsuliyyəti tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.
Baş verən hadisə bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar və dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür. Şübhə yox ki, dövlət sərhədimizin pozulmasının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq. O baxımdan Ermənistan məsuliyyətli davranmalı, qonşu dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməli və regionda vəziyyəti gərginləşdirə biləcək təxribatlardan çəkinməlidir.
Politoloq Samir Hümbətov “Şərq”ə bildirib ki, son 20 gündə baş verənlərə nəzər yetirsək, görərik ki, Ermənistandakı proseslər öz məcrasndan çıxmaqdadır.
Siyasi şərhçinin sözlərinə görə, Ermənistanda rusyönlü qüvvələr ilə Qərbmeyilli dairələr arasında mübarizə güclənir:
“Rusyönümlü qüvvələr dedikdə, sabiq prezident Robert Koçaryana bağlı güclər nəzərdə tutulur. Son günlər bu qrupun təxribat xarakterli hərəkətləri artmaqdadır. Məqsəd baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın nüfuzunu aşağı salmaqdır. Çəkişmələrin iyunun 20-də baş tutacaq seçkilərə kimi davam edəcəyi gözlənilir. Baş verənlər sadəcə ölkədaxili olaylarla kifayətlənmir. Proseslərin arxasında kənar dövlətlərin, xüsusən ATƏT-in Minsk qrupunun həmsdərləri olan Rusiya və Fransanın müəyyən dairələri dayanır. Onların maraq dairəsindədir ki, Azərbaycan-Ermənistan sərhədində gərginlik artsın və sülh şəraiti formalaşmasın. İkinci Qarabağ savaşından sonra Fransanın tamamilə oyundan kənarda saxlanması rəsmi Paris üçün qəbuledilməzdir. Ona görə də Fransa Ermənistana dəstəyini açıq ifadə etməkdədir”.
Analitikin fikrincə, sərhəddə süni gərginlik yaradanların məqsədlərindən biri də Zəngəzur dəhlizi məsələsini arxa plana keçirmək cəhdidir:
“Ermənistanın eks-prezidenti Robert Koçaryan televiziyaya müsahibəsində dedi ki, “əgər Rusiya olmasaydı, Azərbaycan Zəngəzur dəhlizini açacaqdı”. Ermənilər özləri bilərəkdən, ya bilmədən mühüm məqamı etirafı edirlər. Deməli, arxa planda Rusiya Zəngəzur dəhlizinin açılmasında o qədər də maraqlı deyil. Ona görə də müəyyən qüvvələrin təlimatı ilə sərhəddə bu cür təxribatlara əl atılır.
Süni gərginliyin bir səbəbi Ermənistandakı seçki öncəsi yaşanan proseslərdirsə, digər səbəbi Rusiyanın diqqəti başqa yönə çəkmək cəhdidir. Eyni zamanda Fransanın regiona üçüncü ölkə kimi daxil olmaq niyyətidir. Lakin bu cür addımlar nəticəyə təsir göstərmək gücündə deyil. Ortada 10 noyabr və 11 yanvar üçtərəfli sazişləri var. Sənədə imza atan ölkələr üzərlərinə öhdəliklər götürüblər. Bu müqavilələr Ermənistanla yanaşı, Rusiyanı da sazişin bəndlərinə əməl etməyə məcbur edir.
Məlum olduğu kimi yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri planlaşdırılır. Həmçinin, Azərbaycanla Türkiyənin general heyəti arasında qarşılıqlı səfərlər baş tutur. Bütün bunlar yeni proseslərin xəbərçisidir. Rusiya maksimum dərəcədə çalışacaq ki, Türkiyənin Azərbaycanda hərbi baza qurmaq və digər ortaq addımlar atmaq təşəbbüsünün qarşısını alsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya