Şuşanı qarış-qarış gəzən yazıçı: “Dərin tarixi mənaya malikdir”
Yusif Sultanoğlu
15:10 02.09.2021
Qarabağ
1018
Tanınmış ədəbi-tənqidçi Əsəd Cahangir də Şuşada keçirilən Vaqif Poeziya günlərində iştirak edib. O, da Şuşanı görən hər kəs kimi ürəyidolu, bol təəssüratlarla qayıdıb. Əsəd bəylə əlaqə saxlayıb, gördüklərini, duyğularını bizimlə bölüşməsini istədik.
O, “Sherg.az”a Şuşada keçən iki günü nağıla bənzətdiyini söylədi:
“Cəmi 10 ay öncə Şuşada olmaq bir yuxu kimi görünürdü. Amma Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən, bacarıqlı və müdrik siyasəti, xalqımızın, ordumuzun rəşadəti ilə bu nağılı gerçəkləşdirmək, Şuşaya getmək nəsib oldu. Həm özümün, həm də bütün ziyalıların, millətimzin adından Cənab prezidentə təşəkkür edirəm.
Onu da deyim ki, Şuşa ərazi olaraq elə də böyük şəhər deyil. Lakin orada bir çox tarixi abidə var. Ərazisi Şuşadan 10 dəfə böyük şəhərlərdən qat-qat dərin tarixi mənaya malikdir. Orada olduğumuz müddətdə mümkün qədər vaxtdan istifadə etməyə, şəhərin hər yerində olmağa çalışdıq.
Şuşa dağlıq relyefdə yerləşir. Küçələr gah yuxarı, gah da aşağı doğru gedir. Bakıdan fərqlidir, həmçinin taksi və maşın da yoxdur. Ona görə elə də asan deyildi. Yenə də Şuşanı qarış-qarış gəzməyə nail olduq.
Mənim söylədiklərimi anlamaq üçün o anları yaşamaq lazımdır. Erməni vandalizmi Şuşadan da yan keçməyib, otuz il ərzində şəhər xarabalığa çevrilib. Şuşa azad olunduqdan sonra burada təmir-bərpa işlərinə başlanıldı. Artıq tarixi mədəni küçələr, abidələr bərpa olunub. Yaxın bir il ərzində şəhərin yenidənqurma, təmir işləri bitəcək.
Şuşa yalnız Azərbaycanın deyil, dünyanın mədəniyyət mərkəzlərindən birinə çevriləcək. Vaqif Poeziya günlərinin açılışında Prezident Şuşanın Azərbaycan tarixində rolu, Vaqifin ədəbiyyatımızdakı yeri, məqbərinin tarixi, onun yenidən bərpası məsələləri ilə bağlı geniş çıxış etdi.
Bunun yalnız mədəni deyil, həm də dövlətçilik hadisəsi olduğunu, mühüm beynəlxalq siyasi əhəmiyyət daşıdığını söylədi. Biz istər 1982-ci ildə, istərsə də bu gün Vaqif məqbərəsini bərpa etməklə bütün dünyaya mesaj göndərdik.
Dedik ki, Molla Pənah Vaqif bizim nəhəng şairimizdir, müasir Azərbaycan poeziyasının banisi, görkəmli dövlət xadimidir. Onun məqbərəsi bir daha göstərir ki, Şuşa, Qarabağ Azərbaycandır.
Ermənilərin nə Şuşaya, nə də Qarabağa aidiyyəti var. Onlar Vaqif böyüklükdə şair yetişdirə bilməyiblər. İkinci bir tərəfdən Şuşanın küçələri ilə gəzib, tarixi abidələrinə baxdım.
Dedim ki, ermənilər Şuşanı öz şəhərləri hesab edirdilərsə, niyə 30 il müddətində orada təmir-tikinti işləri aparmayıblar? Çünki bilirdilər ki, Şuşa onların deyil, gec-tez öz sahibləri gələcək.
Bu gün biz qayıtdıq. Qayıdışın başında M.P.Vaqifin ruhu dururdu, biz də onun müqəddəs məqbərəsinin önündə toplaşaraq bütöv Azərbaycanı təmsil etdik. Sonsuz qürur duyurduq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə