Təxribat cəhdləri:“Qarabağda lokal hərbi əməliyyatlar keçirilməlidir”
Banuçiçək Kalbalıyeva
08:15 08.05.2021
Qarabağ
1086
“Xankəndidə yerləşən qondarma rejim Xocavəndin Qırmızı Bazar qəsəbəsində ermənilər üçün 100 evdən ibarət mikrorayonun təməlini qoyur”
“Müxtəlif tədbirlər keçirir və öz mövcudluğunu davam etdirməyə çalışır”
“Rusiya sülhməramlılarının mayın 9-da öz dislokasiya yerlərindən kənarda, məhz Xankəndidə hərbi keçid tipli tədbir keçirilməsinin planlaşdırmaları təxribat kimi qiymətləndirilməlidir. Sözügedən tədbir açıq-aşkar işğalçılıq aktı kimi qəbul olunmalı və müvafiq addımlar atılmalıdır”.
Bu sözləri BDU-nun Jurnalistika fakültəsinin professor, siyasi elmləri doktoru Sabir Məmmədli deyib.
O, “Sherg.az”a açıqlamasında vəziyyətin nə qədər ciddi olduğunu konkret faktlarla izah etdi:
“Rusiya hərbçilərinin Xankəndi və ətraf ərazilərdəki fəaliyyəti açıq-aydın təcavüzdür. Bölgədə Azərbaycanın suveren hüquqlarının təmin olunmasının yeganə şərti bu ərazidə qardaş Türkiyənin silahlı qüvvələrinin yerləşdirilməsi və tamhüquqlu statusla proseslərdə iştirak etməsidir. Bu müstəvidə doğma Türkiyənin region problemlərinin həllində ədalətli mövqe sərgiləməsini alqışlayır, ABŞ prezidenti Co Baydenin tarixi gerçəkliyi saxtalaşdıran uydurma soyqırım bəyanatını isə qətiyyətlə pisləyirəm.
Yuxarı Qarabağda cərəyan edən hadisələrə Azərbaycana qarşı təzyiq vasitəsi və regiona müdaxilə aləti kimi baxan ermənipərəst qüvvələr müxtəlif diplomatik addımlarla, o cümlədən ATƏT-in Minsk qrupunu dirçəltməklə, Fransa senatına müzakirə üçün “qondarma Artsaxın” tanınmasına dair sənəd təqdim etməklə, ABŞ-ın Aydaho ştatının Xankəndi və ətraf ərazilərdə yerləşən ermənilərin “müstəqilliyinin” tanınması ilə öz absurd xəyallarından əl çəkmirlər. Beləliklə, ölkəmiz qarşısında problemlər yaratmağa çalışırlar”.
Professor, həmçinin bildirdi ki, rəsmi Bakı azadlıq mübarizəsini sona çatdırmalıdır:
“Bunun davamı olaraq Xankəndidə yerləşən qondarma rejim Xocavəndin Qırmızı Bazar qəsəbəsində ermənilər üçün 100 evdən ibarət mikrorayonun təməlini qoyur, müxtəlif tədbirlər keçirir və öz mövcudluğunu davam etdirməyə çalışır. Azərbaycan hökuməti düşmənin bu addımlarının qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməlidir. Bunun üçün lazım gələrsə, lokal hərbi əməliyyatlar keçirilməlidir. Mən Azərbaycan əsgər və zabitlərinin Vətəni qorumaq missiyasını yüksək qimətləndirərək şəhid və qazilərimizi xalqımızın şərəf, qürur mənbəyi hesab edirəm. Şəhidə dil uzatmaq xalqımızın ruhuna yad olmaqla yanaşı, hüquqi məsuliyyət yaradan hal kimi qiymətləndirilməli və Cinayət Məcəlləsi ilə cəzalandırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm