Üzü gülən adam: Pulu olmayanda heç bildirmirdi
Banuçiçək Kalbalıyeva
11:36 14.04.2020
Qarabağ
2223
Jurnalistika dünyanın ən təhlükəli peşələri sırasındadır. Çünki media nümayəndələri üçün ölüm gözlə qaş arasındadır. Məsələn, bir səfər, ezamiyyət əbədi ayrılığa səbəb ola bilər.
Ona görə də ancaq cəsur insanlar, jurnalistikanı, qələmi həyatları qədər çox sevənlər ömürlərinin sonuna kimi bu sahədə qalmağı bacarırlar. Əslində isə belələri əbədi dünyanı qazanır, həmişə xatirələrdə yaşayırlar. Cəmi 39 yaşında Qarakənd faciəsi zamanı şəhid olan jurnalist, sonradan Milli Qəhraman adına layiq görülən Alı Mustafayev kimiləri.
BDU-nun Jurnalistika fakültəsinin məzunu, uzun illər Azərbaycan Dövlət Televiziyasında çalışan, peşəsinə sevgisilə indiki gənc nəslə nümunə olan Alı Mustafayevin bu gün doğum günüdür. Milli Qəhrəmanımızın ömür - gün yoldaşı Lalə xanımla həmsöhbət olduq. O, "Sherg.az"-a açıqlamasında mərhumu həmişə xoş duyğularla xatırladığını dedi:
"İkimiz də BDU- nun Jurnalistika fakültəsində təhsil almışıq. Ancaq Alı məndən və digər qrup yoldaşlarımızdan bir neçə yaş böyük idi. Müəllimlərlə çox yaxşı ünsiyyət yaratmışdı. Üzü daim gülürdü. Ən çətin anlarında belə nikbinliyini qoruyurdu. Pulu olmayanda da bunu bildirmir, heç nədən narazılıq etmir, "hər şey yaxşıdır" deyirdi".
L. Mustafayeva xatirələrdən də danışdı, ünsiyyətlərinin necə möhkəmləndiyindən söz açdı:
"Goranboya pambıq yığımına getmişdik. Əvvəl valideynlərim mənə icazə vermirdilər. Sonradan razı saldım və mən də digər qrup yoldaşlarımla birlikdə pambıq yığımına yollandım. Səfər zamanı tələbə yoldaşlarımla qardaş - bacı, müəllimlərimizlə valideyn - övlad ünsiyyəti yarandı. Alı ilə bir - birimizi daha yaxşı tanıya bildik. Nə yaxşı ki, Goranboya getmişdim".
Milli Qəhrəmanın həyat yoldaşı, həmçinin bildirdi ki, Alı Mustafayev həm də şair idi. Çoxları onun şeirlərini bəyənirdi:
"Alının şeirləri mənə də maraqlı gəlirdi. Şeir yazmağı çox sevirdi, amma dərc etdirmirdi. Bir dəfə səbəbini soruşdum. Dedi ki, mən şeir yazmağa sadəcə hobbi kimi yanaşıram. Amma, həqiqətən, çox yaxşı yazırdı. Şəhid olandan sonra "Yazıçı" nəşriyyatında üç kitabını nəşr etdirmişəm. "Qız qalası" adlı bir pyesi də var. Gələcəkdə onun da nəşr olunmasına çalışacam. Qoy, ruhu şad olsun! Onu da deyim ki, Bərdədə 5 nömrəli məktəb Alı Mustafayevin adını daşıyır. Həyat yoldaşımı həmişə yad edir, xatırlayırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq