Xankəndidəki aksiyalarda Koçaryanın barmağı var
Turan
08:11 24.06.2021
Qarabağ
760
"Münaqişənin həll olunması “Qarabağ klanı”nın bütün təsir vasitələrini əlindən almış oldu"
İyunun 21-də Xankəndi erməniləri etiraz aksiyası keçiriblər. Etirazçılar separatçıların başçısı Araik Arutyunyanın “istefasını” tələb ediblər. Ermənilər bəyan ediblər ki, Arutyunyan “artsax”lıların mövqeyini əks etdirmir. Aksiya iştirakçılarından biri deyib ki, “kapitulyant Nikol Paşinyan və Arutyunyana görə təəssüf ki, Qarabağ türklərin nəzarəti aldındadır”.
Qeyd edək ki, seçki günü Arutyunyanın İrəvanda, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” blokunun qərargahında olması “Qarabağ klanı”nı qəzəbləndirib. İstisna deyil ki, etirazlarda Robert Koçaryanın da barmağı var. İrəvanda Paşinyanın hakimiyyətə gəlməsi revanşistləri məcbur edir ki, nəyin bahasına olur-olsun Xankəndidə öz mövqelərini gücləndirsinlər. Yəni İrəvanda məğlub olan Koçaryan Paşinyana Xankəndidə cəbhə açıb.
Politoloq Tofiq Abbasov “Şərq”ə açıqlamasında vurğulayıb ki, uzun müddət Ermənistan hakimiyyətinin əlindəki əsas “silah” Qarabağ məsələsi olub. Analitik vurğulayıb ki, münaqişənin həll olunması “Qarabağ klanı”nın bütün təsir vasitələrini əlindən almış oldu:
“Ermənistandakı seçkilər göstərdi ki, ictimaiyyətin Qarabağ kimi bir dərdi yoxdur. Ümumiyyətlə, ermənilər bu məsələdən bezib, təngə gəliblər. Ona görə də “Qarabağ klanı”nın heç bir vədinə aldanmır, Koçaryan-Sarkisyan cütlüyünün təşəbbüslərinə bel bağlamırlar. Ölkədə böyük əksəriyyət normal əməkdaşlığın faydalarının fərqindədir.
Sadəcə kiçik bir qrup “Qarabağ klanı”nın spekulyasiyalarında iştirak edir. Koçaryan qruplaşması Xankəndi ermənilərini ayağa qaldırmaqla göstərmək istəyirlər ki, guya hələ Qarabağ məsələsi bitməyib və proses davam edir.
Ancaq seçki öncəsi beynəlxalq qurumların Ermənistanda apardığı sorğuların nəticəsi bir daha sübut etdi ki, respondentlərin 98 faizi Qarabağı deyil, ölkədaxili problemlərin həllini istəyirlər”.
T.Abbasovun fikrincə, seçkidən sonra müşahidə etdiklərimiz Koçaryan və tərəfdarlarının, ümumiyyətlə, revanşist qrupların son çırpınışlarınıdır:
“Bundan sonra silahı yerə qoymayanlar, iddialarından əl çəkməyənlər sadəcə Azərbaycanın deyil, Ermənistanın da düşmənləridir. Artıq erməni xalqı ayılıb. Onlar “Qarabağ klanı”ndan birdəfəlik xilas olmağın yollarını axtarırlar. Çünki bu klan neçə illərdir ki, erməni xalqını girov saxlayırdı. Qarabağdakı revanşist tör-töküntülər, separatçılar torpaqlarımızı tərk etməsələr və təxribatlarına davam etsələr, rəsmi Bakının sərt üzünü görəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi