Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini: Azərbaycanın təşəbbüslərinə dəstək vermək lazımdır
Yusif Nəzərli
07:46 08.03.2024
Gündəm
292
"Britaniyada vəziyyət fərqli olsa da, hələ də İslamofobiya problemləri var".
Bunu Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində "Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış" adlı panel müzakirəsində Əfzal Xan Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini, Əmək Biznesi və Ticarətdə İxrac üzrə keçmiş kölgə naziri Əfzal Xan deyib.
O bildirib ki, Qəzzada baş verənlərə etiraz olaraq öz vəzifəsindən istefa verib:
"Britaniyada vəziyyət fərqli olsa da, hələ də İslamofobiya problemləri var. Son hesabatlar göstərir ki, Britaniya müsəlmanlarının 35 faizi inancına görə hücuma, təhqirə məruz qalır. Britaniyada müsəlmanlar yoxsulluqda yaşayır, onlar daha çox işləmək müraciəti edirsə də, digərləri ilə müqayisədə 8 dəfə daha çox iş imtinası alırlar. Onlar bəzən adlarına görə ayrı-seçkiliklə üzləşirlər. Belə yanaşma var ki, guya müsəlman icması Britaniyanı işğal etmək istəyir".
O xatırladıb ki, Britaniya parlamentinə seçildikdən sonra andiçmə zamanı ingilis dili ilə yanaşı öz ana dili olan urdu dilində and içib və bundan sonra sosial mediada təhqirlərə məruz qalıb:
"Bütün bu ayrı-seçkilik halları müsəlmanların həyatını daha çətinləşdirir, inteqrasiyaya mane olur. İslamofobiya ilə mübarizə həm də irqçiliyə qarşı mübarizədən başlamalıdır. İslamofobiya ilə mübarizədə təşəbbüslərə dəstək vermək lazımdır, Qərb də buna dəstək verməlidir. Azərbaycan kimi ölkələrin bu cür təşəbbüslərinə dəstək vermək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-York birjasında təbii qazın qiyməti azalıb
09:13 22.05.2026
İqtisadiyyat
Gürcüstan Azərbaycandan turist axınında artım gözləyir
09:05 22.05.2026
Region
“İçində kişi olmayan bir serial tapacam”
08:48 22.05.2026
Şou
"Qlobal Sumud Donanması"ndakı 422 nəfər Türkiyəyə gətirilib
07:51 22.05.2026
Region
40 yaşa çatmamış bu qidaları yeməyə başlayın
07:17 22.05.2026
Maraqlı
Zəli hansı xəstəliklərdə istifadə olunur?
06:00 22.05.2026
Sağlamlıq
Axtarışa verilən Serenaydan ilk - Açıqlama
05:25 22.05.2026
Şou
Dünyanın 5 ən təhlükəli boğazı - Onlar bağlansa nə baş verər?
04:14 22.05.2026
Dünya
Ayaqlarınız daim üşüyürsə, bunları yeyin - Canan Karataydan
03:33 22.05.2026
Sağlamlıq
Tan Taşçı saxlanıldı
02:54 22.05.2026
Şou
Əfqanıstanda qızlar üçün nikah yaşı aşağı salınıb
02:22 22.05.2026
Dünya
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
00:19 22.05.2026
İnfrastruktur
"Fox News": Amerikalıların 60%-dən çoxu İranla müharibəyə qarşıdır
23:30 21.05.2026
Dünya
Yeni MMA liqası təşkil ediləcək
23:11 21.05.2026
İdman
Əli Əsədov Türkmənistana səfər edib
22:06 21.05.2026
Siyasət