Bu tarixlərdə maqnit qasırğası olacaq
16:03 04.05.2024
Cəmiyyət
763
Hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1(R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər aktiv oblastların sürətlə sahələrini və vəziyyətini dəyişməsi müşahidə olunub. Baş verən tac kütlə atılmaları kiçik sürətə malik olduğundan mayın 9-da Yer yaxınlığından keçəcəyi proqnozlaşdırılır.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından “Report”a verilən xəbərə görə, Günəş aktivliyinin davam edəcəyi 4-6 may tarixləri üçün M (R1-R2 mülayim orta - radiorabitəni güclü əngəlləyən) və X (R3 güclü və daha böyük) alışmaların olacağı ehtimal olunur.
Qeyd edilib ki, 4-6 may tarixləri üçün Günəş küləyi parametrlərinin artması və tac dəliklərindən çıxan yüksək sürətli axınların təsiri hiss olunacaq. Mayın 3-də baş vermiş tac kütlə atılmasının və həmin tarixdə səhər saat 6 radələrində olan X1.6 alışmasının təsiri ilə mayın 5-i günün sonu və 6-sı saat 14.00 radələrinədək daha güclü geomaqnit həyəcanlaşması hiss olunacaq.
Mayın 5-də G1 (mülayim) səviyyədə geomaqnit qasırğası davam edəcək. Tac kütlə atılmasının və tac dəliklərindən gələn yüksək sürətli axınların davam edən təsirləri səbəbindən mayın 6-da günün ilk yarısınadək G1-G2 (orta) səviyyədə geomaqnit qasırğası gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət