Bakı Təşəbbüs Qrupunun çağırışı ilə “KANAK Xalqı ilə Həmrəylik” adlı video-konfrans təşkil edilib
Bakı Təşəbbüs Qrupunun çağırışı ilə “KANAK Xalqı ilə Həmrəylik” adlı video-konfrans təşkil edilib
13:44 16.05.2024
Gündəm
389
Bakı Təşəbbüs Qrupunun çağırışı ilə Fransanın son müstəmləkələri olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatların nümayəndələri “KANAK Xalqı ilə Həmrəylik” adlı video-konfrans təşkil ediblər.
APA xəbər verir ki, Yeni Kaledoniyadan olan nümayəndələr Fransa polisi və jandarma qüvvələri tərəfindən son günlər paytaxt Numea və ətraf ərazilərdə törədilən vəhşiliklər barədə ətraflı məlumat veriblər. Çıxış edənlər Kanak xalqına qarşı törədilən vəhşilikləri kəskin qınayıblar. Görüş iştirakçıları beynəlxalq ictimaiyyəti Fransanın ədalətsiz müstəmləkəçilik siyasətinə göz yummamağa, haqq səsini qaldırmağa, BMT üzv dövlətlərini Təhlükəsizlik Şurası vasitəsilə həyəcan təbili çalmağa, Fransa tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasının qarşısını almağa çağırış ediblər.
Bakı Təşəbbüs Qrupu, öz növbəsində, beynəlxalq ictimaiyyəti müstəmləkəçilikdən əziyyət çəkən regionların xalqları üçün “Birlik, Azadlıq və Müstəqillik” ideyasını ətrafında birləşməyə və Fransa kolonializminə “YOX”, müstəqillik uğrunda ədalətli mübarizəyə “HƏ” deməyə çağırıb.
Video-Konfrans çərçivəsində Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən regionların müstəqillik çağırışlarını ehtiva edən flaşmob keçirilib.
Qeyd edək ki, bu gün Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb.
Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən xalqların ədalətli mübarizəsini daima dəstəkləyəcəyini bəyan edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də təəccüblü hadisə: Edam cəzası icra olunmadı, məhbus ölmədi
13:25 01.10.2026
Hadisə
Corabla yatırsınızsa... Bu vərdişiniz haqqınızda nə deyir?
12:43 01.10.2026
Sağlamlıq
Uzun müddət oturmaq infarkt riskini artırır
11:51 01.10.2026
Sağlamlıq
Prezident İlham Əliyev Çin liderini təbrik edib
11:33 01.10.2026
Gündəm
SEPAH: İranda 6 terrorçu öldürülüb
11:28 01.10.2026
Gündəm
Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı
11:23 01.10.2026
Dünya
20 ildən sonra ARB-dən çıxarılır
11:19 01.10.2026
Media
İki ölümcül iynəyə tab gətirdi - Edamı bu səbəbdən baş tutmadı
11:17 01.10.2026
Dünya
Tiktok Azərbaycanda vergi uçotuna alındı
11:15 01.10.2026
Aktual
Oktyabrın 2-də işıq kəsiləcək - Bu ərazilərdə
11:14 01.10.2026
İnfrastruktur
Fərhad Məmmədov: AQEM beynəlxalq təşkilata çevrilə bilər
11:13 01.10.2026
Gündəm
NATO baş katibi Rusiyanın nüvə təhdidinə bir cümlə ilə cavab verdi
11:05 01.10.2026
Gündəm
Türkiyədə böhran: Ərdoğan hökumətdə dəyişikliyə gedir
10:38 01.10.2026
Gündəm
Polşa onu Azərbaycana təhvil verdi
10:35 01.10.2026
Cəmiyyət