
“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib.
“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib.
13:46 22.05.2024
Gündəm
437
“Cəza Cəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” və Gənclər İnkişaf Naminə İctimai Birliklərinin birgə təşkilatçılığı ilə “Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının Hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” adlı forum keçirilib.
Sherg.az xəbər verir ki, forumda bir sıra millət vəkilləri, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən sahibkar qadınlar iştirak ediblər.
“Qadınların Sahibkarlıq və İcma İnkişafı” mövzulu panelinin moderatoru “Shokki Mokki” markasının marketinq müdiri Nəzrin Əliyeva olub. Spikerləri isə Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin İdarə Heyətinin sədri Zemfira Ağayeva, “Azərbaycan Business Women” təşkilatının təsisçisi Tatyana Mikayılova, “UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva, “Məktəbim” layihəsində çalışan sahibkar qadın Nilufər Hüseynzadə, “Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli olub.
Bu paneldə çıxışçılar ölkəmizin ilk milli uşaq markası olan “Shokki Mokki” brendinin dəstəyi ilə ərsəyə gələn “Məktəbim” layihəsindən bəhs ediblər.
“UAFA” təşkilatının nümayəndəsi Ülviyyə Mirzəyeva bildirib ki, “Məktəbim" layihəsi 2-6 yaş arasında uşaqların təhsilə qeyri bərabər cəlb olunmasını aradan qaldırmaqla, yanaşı qadınların öz təhsil bizneslərini qurmağına da dəstək olub.
Burada çalışan sahibkar qadın Nilufər Hüseynzadə layihənin bölgələrdə də inklüziv təhsilin inkişafına təkan verdiyini qeyd edib.
“Mediabalans” şirkətinin icraçı direktoru Nahid Şərifli isə sosial media resurslarının sahibkarlığın inkişafında önəmli rolunu qeyd edib.
Qeyd edək ki, hazırda “Məktəbim” layihəsi çərçivəsində 50-yə yaxın məktəbəqədər təhsil ocağı fəaliyyət göstərir. Siz də mağazalardan “Shokki Mokki” məhsulu almaqla layihəyə dəstək verə bilərsiniz.

Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi