
"Çay nədir, say nədir?" deyənlər diqqətli olun! - Çox içiləndə dərd verir o, da -RƏY
12:40 09.01.2025
Sağlamlıq
581
2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12 893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın çay ixracı illik müqayisədə həcm baxımından 4.5% artaraq 679.4 ton, dəyər baxımından isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları təşkil edib. Beləliklə, həcm ifadəsində idxal ixracı 19 dəfə üstələyib.
Bu dövrdə çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat təşkil edib.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr ayları ərzində ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 11 min 528 ton təşkil edib.
Xatırladaq ki, hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02%-ni, çay idxalı isə ölkənin ümumi idxalının 0,36%-ni təşkil edib.
Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev "Sherg.az"a deyib ki, xalq olaraq bizim üçün çay sadəcə içki deyil, həmçinin mədəniyyətin, qonaqpərvərliyin və gündəlik həyatımızın ayrılmaz hissəsidir:

“Çay məclisləri görüşlərin, rəsmi tədbirlərin əsasını təşkil edir. Hər bir ölkədə olduğu kimi Azərbaycan çaylarının da özünəməxsus aromatı və dadı var. Xüsusilə də Lənkəran bölgəsindən gələn yerli çaylar bu ənənəni davam etdirir. Gün ərzində dəfələrlə çay içmək vərdiş halını alıb. Çay içmək təkcə susuzluğumuzu yatırmaq üçün deyil, eyni zamanda insanların bir araya gəlməsini, fikir mübadiləsini və istirahət etməsini təmin edir. Hər şeydə olduğu kimi, çayın da artıq istehlakı bəzi mənfi təsirlər yaradır. Çay, xüsusən ac qarına içildikdə, mədə turşuluğunu artıra və qıcqırmaya səbəb ola bilər. Həmçinin çayın tərkibində olan kofein sinir sistemini stimullaşdıraraq yuxu rejimini poza bilər. Bu hal xüsusən də axşam saatlarında çox miqdarda çay içənlər üçün problemlidir. Digər tərəfdən çayın tərkibindəki taninlər qidada olan dəmirin orqanizm tərəfindən sorulmasına mane ola bilər. Anemiya riski olan şəxslər diqqətli olmalıdır. Tez-tez çay içmək dişlərin səthində ləkələrin əmələ gəlməsinə səbəb olur. Gün ərzində 3-4 fincan çay optimal hesab edilir. Bu həm susuzluğumuzu aradan qaldırır, həm də zərərləri minimuma endirir. Çayı şəkərlə içmək bizdə adi bir vərdişdir. Amma belə olduqda kalori artırır və sağlamlıq problemlərinə səbəb ola bilir. Şəkərsiz çay daha sağlam seçimdir. Həmçinin kişmiş, meyvə qurusu, xurma da çay içmək üçün gözəl seçim ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət