
Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsir -TƏHLİL
Yusif Nəzərli
10:01 26.03.2025
Gündəm
519
İsrail Qəzza zolağında genişmiqyaslı quru əməliyyatı planlaşdırır. Bu məlumatı "Wall Street Journal" mənbələrə istinadən yayıb. Nəşrin yazdığına görə, İsrail rəhbərliyi hesab edir ki, Fələstin anklavının əhəmiyyətli hissəsinin ələ keçirilməsi və saxlanması ona radikal HƏMAS hərəkatı üzərində yekun qələbəyə nail olmağa imkan verəcək. İsrailin baş naziri Benyamin Netanyahu və onun yaxın ətrafı hesab edir ki, Amerikanın yeni administrasiyasının dəstəyi və Livanda şiə Hizbullah təşkilatının zəifləməsi ilə İsrail ordusu bu cür hərbi əməliyyatlar keçirmək üçün kifayət qədər imkanlara malikdir.

Politoloq Zeynal Əmralıyev "Sherg.az"a deyib ki, həqiqətən də mövcud geosiyasi vəziyyət İsrailə əməliyyatı uğurlu şəkildə keçirməyə imkan verir.
Siyasi ekspert vurğulayıb ki, ilk növbədə İsrail öncədən keçirdiyi əməliyyatda Həmas və Hizbullah komandınlıqlarını sıradan çıxarıb:
"Hazırda hər iki təşkilat olduqca zəifdir və onların müqavimət gücü yox dərəcəsindədir. ABŞ-də Donald Trampın hakimiyyətə gəlməsi Benyamin Netanyahu hökumətinə Yaxın Şərqdə sərbəst hərəkət imkanı verir. Co Baydendən fərqli olaraq yeni administirasiya İsraili sorğusuz şəkildə dəstəkləyir və onun bütün hərəkətlərinə haqq qazandırır. Digər bir məsələ isə Trampın İrana qarşı sərt mövqe nümayiş etdirməsidir. ABŞ İrana nüvə məsələsi ilə bərabər həm də Yaxın Şərqdəki proksi qüvvələrinə yardım etməmək barədə təzyiqlər edir. Məsud Pezeşkian hökuməti daxilindəki bütün etirazlara baxmayaraq, ABŞ ilə toqquşmada maraqlı deyil. Buna görə maksimum şəkildə Trampı qıcıqlandıracaq davranışlardan qaçmağa çalışır. İsraili rahatladan digər önəmli bir məqam isə Suriyada Əsəd rejiminin çökməsidir. İran məhz Suriya vasitəsi ilə Həmas və Hizbullaha silah təchizatını həyata keçirirdi. İndi bu məsələdə çətinlik olduğu üçün Netanyahu hökuməti vəziyyətdən istifadə etmək istəyir".
Z.Əmralıyev hesab edir ki, İsrailə hazırda problem yaradan əsas qüvvə husilərdir:
"Ehtimal ki, ABŞ yaxın zamanda husilərə qarşı yeni əməliyyatlara start verəcək. İsrailin növbəti əməliyyatı keçirməkdə əsas məqsədi Həmas və Hizbullahı bitirməkdirsə, digər məsələ isə Qəzzadan insanların köçməsini təmin etməkdir. Qəzzanın boşalması, insanların qonşu ölkələrə köç etməsi hazırda ABŞ və İsrailin əsas məqsədidir. Bununla vilayətin tamamilə sökülməsi, daha sonra onların yerində yeni yaşayış məskənlərin salınması və burda yəhudilərin yerləşdirilməsi, bununla da Qəzzanın İsrailə birləşdirilməsi Trampın hazırladığı planın tərkib hissəsir. Bütün bunlara görə yaxın zamanda Qəzzadan Misir və İordaniyaya kütləvi insan köçünün yaşanması istisna edilmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi