
Ərazi amili məktəb seçiminin əsas meyarlarından biri kimi çıxış edir -EKSPERT
09:27 05.06.2025
Elm və Təhsil
494
Elçin Süleymanov: Təhsil müəssisəsinin maddi-texniki təminatı və pedaqoji nəticələri də nəzərəçarpacaq dərəcədə vacibdir
Saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə birinci siniflərə sərbəst qaydada məktəb və müəllim seçiminə start verilir.
Teleqraf xəbər verir ki, qəbul prosesi 12 sentyabr tarixinədək davam edəcək.
Bu günə qədər 100 mindən çox uşağın birinci sinfə qəbul prosesi artıq tamamlanıb. Hazırkı mərhələdə valideynlər övladları üçün istədikləri məktəbi və müəllimi elektron şəkildə seçə bilirlər.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki, ərazi amili məktəb seçiminin əsas meyarlarından biri kimi çıxış edir:

“Şagirdlərin yaşadıqları ünvana yaxın məktəbdə təhsil almaları daha məqsədəuyğun sayılır. Bu, həm vaxt itkisini azaldır, həm də valideynlər üçün əlavə vaxt yükünün qarşısını alır. Eyni əraziyə daxil olan məktəblər arasında seçim edilərkən təhsil göstəriciləri, maddi-texniki baza və infrastruktur vəziyyəti nəzərə alınmalıdır. Son illərdə birinci sinfə qəbuldan əvvəl məktəbəqədər hazırlıq kurslarının keçirilməsi bu prosesi daha sistemli hala gətirib. Beləliklə, məktəbin yerləşmə logistikası mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, təhsil müəssisəsinin maddi-texniki təminatı və pedaqoji nəticələri də nəzərəçarpacaq dərəcədə vacibdir. Lakin bunlar seçimdə yalnız bir komponenti təşkil edir. Əsas faktor şagirdin fərdi xüsusiyyətləri, öyrənmə potensialı və motivasiyasıdır. Bəzən yüksək göstəricilərə malik məktəbdə təhsil alan şagird uğursuz ola, əksinə, resurs baxımından zəif məktəbdə oxuyan şagird yüksək nəticələr göstərə bilər. Valideynlər çox vaxt daha tanınmış və reytinqli məktəbləri üstün tutsalar da, bu tip məktəblərdə şagird sıxlığı və nəqliyyat məsələləri əlavə problemlər yarada bilər. Müasir dövrdə təhsilə dəstək vasitələrinin, o cümlədən onlayn resursların və əlavə hazırlıq imkanlarının çoxluğu məktəb seçiminə təsir edən amillərin spektrini genişləndirib. Şagirdin təhsilində valideynin rolu və istiqamətləndirmə qabiliyyəti də mühüm əhəmiyyət kəsb edir. Bununla belə, məktəbin maddi-texniki imkanlarının zəif olması onun tamamilə istisna edilməsini şərtləndirmir. Birinci sinif təhsil həyatında mühüm mərhələdir. Bu dövrdə şagirdin əsas bilik və bacarıq bazası formalaşır və gələcək təhsil uğurları üçün zəmin yaradılır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya