
Azərbaycan-Pakistan birliyi: Hindistan yox, qardaşlıq qalib gəldi
12:43 01.09.2025
Siyasət
497
Azərbayca münasibətləri Hindistanın gərginləşdirici siyasəti olmadan normallaşdırmaq niyyətindədir
Çin rəhbəri Azərbaycanın təşkilata tam üzvlüyünü birbaşa dəstəkləyir
Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlət başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib.
Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlət başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Azərbaycan və Pakistan liderlərinin görüşləri artıq ənənəvi bir hal alıb:

"Həm iki tərəfli ziyarətlər, həm də beynəlxalq tədbirlər çərçivəsində davamlı şəkildə bu görüşlər həyata keçirilir. Çünki biz iki strateji tərəfdaşı ölkəyik və bir-birimizi qətiyyətlə dəstəkləyirik. Çində keçirilən bu görüş də məhz həmin dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin bir nümunəsidir. Prezident İlham Əliyevin Hindistanla bağlı səsləndirdiyi fikirlərə gəlincə, Azərbaycan bir mənalı şəkildə Pakistana dəstək verir, suverenliyini müdafiə edir və rəsmi Dehlinin haqsız mövqeyini qəbullanmır. Hindistanın Azərbaycandan qisas almaq çabalarının ciddi nəticələri olmayacaq. Çünki Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında tərəfdaş üzv kimi fəaliyyət göstərir və tam hüquqlu üzv olması müəyyən zaman tələb edir. Lakin nəzərə alaq ki, Çin rəhbəri Azərbaycanın təşkilata tam üzvlüyünü birbaşa dəstəkləyir".
Analitik əlavə edib ki, ölkəmiz Hindistanla münasibətlərin normal olmasını istəyir:
"Odur ki, Azərbaycan bu münasibətləri bərabər hüquqlu, bölgədə qarışıqlıq yaratmadan, Hindistanın gərginləşdirici siyasəti olmadan normallaşdırmaq niyyətindədir. Hindistanın bir tərəfli mövqe tutmaması vacibdir. Məhz bu səbəbdən ki, Azərbaycan və Ermənistan arasında normallaşma baş verdikdən sonra Hindistanla da müzakirələr aparılacaq. Pakistan və Ermənistanla diplomatik münasibətlərin qurulması prosesi artıq təməlqoyma mərhələsindədir. Bu, bizim mövqeyimizi bir daha nümayiş etdirir. Hindistana gəldikdə isə onun Cənubi Qafqazda, Ermənistan üzərindən bölgədə mövqeyini gücləndirmək və təhsil imkanlarını artırmaq siyasəti, qeyri-konstruktiv davranışları səbəbindən ciddi nəticələr verməyəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya