WSJ: Kreml neft sənayesində çıxılmaz vəziyyətlə üz-üzədir
12:36 28.09.2025
Dünya
436
Uzunmüddətli dövrdə Rusiyada neft hasilatının həcmi azalacaq, maya dəyəri isə yüksələcək.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) yazıb.
Nəşr bildirir ki, 25 ildir Rusiya iqtisadiyyatı neft gəlirlərinə əsaslanır və bu vəsaitlər Kremlin Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə imkan verib. Lakin bu pulların mənbəyi tükənmək üzrədir.
Nəşrin məlumatına görə, Moskva əsasən mövcud yataqlardan hasilata yönəlib, yeni yataqların kəşfiyyatı isə demək olar ki, dayanıb. Sovet dövründən qalma iri yataqlar artıq tükənir, buna görə də rus şirkətləri Arktika və Sibirdəki çətin çıxarılan yataqlara üz tutur. Amma bu proses üçün lazım olan müasir texnologiyalar Rusiyada yoxdur, sanksiyalar səbəbindən ABŞ-dən alınması isə mümkünsüzdür.
Bundan başqa, müharibə neft sektoruna əlavə zərbə vurub. İşçilərin bir hissəsi cəbhəyə göndərilib və ya ölkəni tərk edib, hökumət isə neft şirkətlərinin vergi yükünü artırıb.
Rusiya Energetika Nazirliyi bildirir ki, hazırda hasilatın 59 faizi çətin çıxarılan yataqlardan təmin olunur, onilliyin sonuna bu rəqəm 80 faizə çatacaq. Bu isə maya dəyərinin kəskin artacağı anlamına gəlir.
Ekspertlər hesab edir ki, hətta müharibə bitsə və sanksiyalar ləğv olunsa belə, Rusiya neft sənayesində yaranan problemlərin aradan qaldırılması uzun illər tələb edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm