Anna Akopyan hakim fraksiya ilə görüşəcək

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyan hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə görüşməyi planlaşdırır.

Sherg.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Görüşdə ailə zorakılığına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanunvericilik dəyişiklikləri müzakirə ediləcək. Sənədə müəyyən düzəlişlərin edilə biləcəyi bildirilir. Görüşün dəqiq vaxtı açıqlanmayıb.

Qəzet yazır ki, Akopyan müxalifət fraksiyaları ilə də görüşməyə ümid edir. Lakin həm müxalifət, həm də hakim partiyanın bəzi nümayəndələri onun təşəbbüsünün arxasında başqa məqsədin dayandığını düşünür.

Qeyd edək ki, Ermənistan hökuməti sentyabrın 3-də “Vətəndaş müqaviləsi” partiyasından olan qadın deputatların hazırladığı ailə zorakılığı ilə bağlı qanunvericilik dəyişiklikləri layihəsini təsdiqləyib.