“Xaricdəki erməni diasporu Ermənistanın yolgösətərəni ola bilməz”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mənim yanaşmam budur ki, Ermənistan diaspordan yardım istəməyəcək. Diasporadakı bütün təşkilatlar yalnız özlərini təmsil edirlər. Ermənistan hökuməti diasporun bütün təşkilatları ilə əməkdaşlıq etməyə hazırlaşır, amma bunu öz strateji məntiqi və yanaşması çərçivəsində edəcək”, - o qeyd edib.
Paşinyan əlavə edib ki, diaspora Ermənistanın, Ermənistan da diasporun mentoru ola bilməz.