Ermənistan ordusunda 2026-cı ildə qeyri-döyüş şəraitində hərbçilərin ölüm hallarının sayı 15-ə çatıb. Sherg.az xəbər verir ki, ekspert Arşak Qasparyan problemin əsas səbəbləri kimi hərbçilərin psixoloji hazırlığındakı boşluqları, qeyri-nizamnamə münasibətlərini, zabitlərin hazırlıq səviyyəsini və idarəetmə problemlərini göstərib.
Onun sözlərinə görə, ayrı-ayrı vəzifəli şəxslərin işdən çıxarılması problemi həll etməyəcək. Ekspert hesab edir ki, orduda ölüm hallarının azalması üçün sistemli şəkildə psixoloji mühit, hərbçilər arasındakı münasibətlər və idarəetmə mexanizmləri araşdırılmalıdır.
Qasparyan bildirib ki, 2026-cı ilin əvvəlindən Ermənistan ordusunda 15-dən çox hərbçi ölüb, onların 5-i müddətli hərbi xidmət keçib.