İran Hörmüz boğazının açılması üçün əsas şərtləri açıqladı

İsrailin Livandakı hərbi əməliyyatları dayandırılmayacağı və bu ölkənin ərazi bütövlüyü təmin olunmayacağı təqdirdə Hörmüz boğazı açılmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə İranın danışıqlar qrupuna yaxın mənbə "Tasnim"ə açıqlamasında bildirib.

Mənbənin sözlərinə görə, təkcə İranın dəniz mühasirəsinin ləğv edilməsi Hörmüz boğazının açılması üçün kifayət deyil. Razılaşmanın ilkin mərhələsində İranın dondurulmuş aktivlərinin bir hissəsinin sərbəst buraxılması, Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması, tam mühasirənin götürülməsi, həmçinin İranın neft, neft-kimya və digər məhsullarının satışına icazə verilməsi əsas şərtdir. ABŞ öz öhdəliklərini yerinə yetirməsə, digər bəndlər də icra olunmayacaq.

"Əgər İsrailin Livandakı cinayətləri davam edərsə və Livanın ərazi bütövlüyü təmin olunmazsa, digər məsələlərlə bağlı heç bir danışıqlar aparılmayacaq" — deyə mənbə qeyd edib.