ABŞ-la danışıqlarda iştirak edən İran nümayəndə heyətinin rəhbəri, parlamentin sədri Məhəmməd Bağır Qalibaf Ağ Ev rəhbəri Donald Trampın təhdidlərinə cavab verib.
Axar.az xəbər verir ki, bu barədə o, X səhifəsində yazıb.
"Onlar öz bəyanatlarında daha diqqətli olmalıdırlar. Silahlı qüvvələrimiz cavab verməyə hazırdır”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp növbəti dəfə İranı sərt zərbələrlə təhdid edib.