Köçəryan heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb - Vəkil

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vəkili Aram Orbelyan onun ailə üzvləri ilə əlaqəli şirkətlərin fəaliyyətinə birbaşa və ya dolayı münasibətinin olmadığını bildirib.

Sherg.az xəbər verir ki, vəkilin sözlərinə görə, Köçəryan heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmayıb, fəaliyyəti dövlət və ictimai sahələrlə bağlı olub.

Orbelyan həmçinin hüquq-mühafizə orqanlarının şirkətləri möhürləməsi ilə bağlı prosedurun qanuniliyini şübhə altına alıb və bunun üçün hüquqi əsasların olmadığını iddia edib.

Qeyd edək ki, Köçəryan avqustun 25-də saxlanılıb və daha sonra iki ay müddətinə həbs edilib. Onun barəsində qanunsuz əmlak əldə etmə ilə bağlı ittiham irəli sürülüb.