İrəvan heç vaxt Avropa İttifaqının üzvü olmayacaq, lakin Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinə ziyan vuracaq.
Teleqraf xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
"Aydındır ki, Ermənistan Avropa İttifaqına heç vaxt qoşulmayacaq, lakin Rusiya və digər Aİİ ölkələri ilə münasibətlərinə uzun müddətə zərər vuracaq", – deyə o qeyd edib.