Paşinyan ləğv edilmiş separatçı ordunun generalları ilə bağlı əmr verdi

Ermənistanda ləğv edilmiş separatçı ordunun generallarının həbsinə hazırlıq gedir.

Teleqraf xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.

“Hakimiyyət yeni səs-küylü həbslərə hazırlaşır. Hədəfdə “qarabağlı generallar” var. Həmin generalların böyük sərvətlərə sahib olduqları bildirilir”, - nəşr yazıb.

“İravunk” Ermənistan hakimiyyətindəki mənbədən sitat gətirib:

“Çoxlu sayda qarabağlı öz generallarına görə and içib özlərini yırtırlar. İndi görəcəklər ki, onların nə boyda var-dövlətləri var, şoka düşəcəklər”.

Mənbə Ermənistan Baş naziri Nikol Paşinyanın artıq hüquq-mühafizə orqanlarına müvafiq göstərişlər verdiyini də qeyd edib.