Paşinyanın İrana səfəri ilə bağlı detallar açıqlanıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın İrana səfəri 2026-cı il üzrə iki ölkənin planlarına daxil edilib.

Sherg.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Xəlil Şirqolami bildirib. Onun sözlərinə görə, səfərin konkret detalları hələ razılaşdırılmayıb.

Diplomat qeyd edib ki, İran və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması da planlaşdırılır. Sənədin ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirəcəyi bildirilir.

Şirqolami Qacaran tunelinin tikintisinə İran şirkətinin artıq başladığını da açıqlayıb. 7,2 kilometr uzunluğunda olacaq tunel Qacaran-Aqaraq yolunun ən uzun tuneli olacaq.