Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur

"Rusiyanın ilin sonuna qədər 300 min nəfəri səfərbər etmək planı yoxdur".

APA xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, RTVI-yə açıqlamasında Rusiyanın 2026-cı ilin sonuna qədər orduya 300 min nəfər çağırmağa hazırlaşdığı barədə məlumatları təkzib edib.

“Xeyr. Belə planlar yoxdur”, – Peskov qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Bloomberg“ təhlükəsizlik sahəsində çalışan avropalı məmura istinadən Rusiyanın 2026-cı ilin sonuna qədər orduya 300 min nəfər cəlb etməyə hazırlaşdığı barədə məlumat yaymışdı.