Pezeşkian: İran uranın zənginləşdirilməsindən imtina etməyəcək

İran uranın zənginləşdirilməsi hüququndan heç vaxt geri çəkilməyəcək və qarşı tərəf də bunu qəbul etməyə məcburdur.

APA xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian bunu bu gün Pul və Bank Siyasəti üzrə 33-cü Konfransda çıxışı zamanı İsveçrədə ABŞ-la müzakirələr barədə danışarkən bildirib.

“Ölkədə birlik və həmrəyliyin pozulmasına yönəlmiş çıxışlar edən şəxslər faktiki olaraq düşmənin maraqlarına xidmət edir və onun dəyirmanına su tökürlər”, - deyə İran Prezidenti qeyd edib.