"Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığı Moskva–Yerevan münasibətlərində mövcud gərginliyin davam etdiyini göstərir. Diqqət çəkən məqamlardan biri Putinin Paşinyanı yenidən baş nazir seçilməsi münasibətilə açıq şəkildə təpış brik etməməsi oldu".
Bunu Sherg.az-a Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
O, oqeyd edib ki, müzakirələr zamanı Rusiyanın Ermənistandan geosiyasi seçim etməsini istədiyi, yəni Avrasiya İqtisadi İttifaqı ilə inteqrasiyanı davam etdirmək, yoxsa Avropa İttifaqına yaxınlaşmaq arasında aydın mövqe nümayiş etdirməsini şərt kimi irəli sürüb:
"Bununla da Moskvanın İrəvana siyasi təzyiqləri artırmaq niyyətində olduğunu göstərir. V. Putin N. Paşinyandan Avropa İttifaqı ilə bağlı referendum tələb etməsi bir növ bu ölkənin daxili işlərinə qarışmaqdan ibarətdir. Ermənistanın Avropa ilə siyasi münasibətlərini dərinləşdirməsi fonunda Rusiya ilə əvvəlki səviyyədə strateji tərəfdaşlığı qoruması getdikcə çətinləşir. Moskva bu prosesə iqtisadi rıçaqlarla, o cümlədən enerji siyasəti və qazın qiyməti kimi vasitələrlə təsir göstərməsi gözlənilir. Danışıq zamanı Ermənistanda müxalifətə qarşı aparılan hüquqi proseslərin, müxalifət ətrafında yaranmış vəziyyətə son qoyması tələb edilib. Hazırkı mərhələdə Rusiya–Ermənistan münasibətləri son illərin ən mürəkkəb dövrlərindən birini yaşayır. Bununla belə, Paşinyan hökumətinin Qərblə siyasi və iqtisadi əməkdaşlığı genişləndirmək kursunu davam etdirəcəyi gözlənilir. Rusiya isə öz növbəsində siyasi və iqtisadi təzyiq vasitələrindən istifadə edəcək. Ermənistana pul köçürmələri də artıq dayandırılıb. xçƏgər Moskva ilə İrəvan arasında gərginlik daha da dərinləşərsə, Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı fəaliyyəti dayanacaq . Həmçinin Ermənistan MDB, KTMT tərk etməsi mümkündür".