
Türkiyə-Ermənistan sərhədi açılır -ŞƏRH
Yusif Nəzərli
02:51 05.02.2025
Region
592
Paşinyan "erməni soyqırımı" iddialarından geri çəkilir
"Türkiyə və Ermənistan sərhədləri açıla bilər".
Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan "erməni soyqırımı" iddialarından geri çəkilir:

"Paşinyanın bu məsələni gündəmə daşıması radikal dəyişikliklər edəcəyinin anonsudur. Düzdür, "soyqırım"dan imtina etmək, erməni kilsəsinin Paşinyana qarşı hücumlarına rəvac verə bilər. Hətta diasporun bəzi təşkilatları və kilsənin Paşinyana sui-qəsd təşkil etməsi də mümkündür. Uzun illərdir ki, erməni diasporu və kilsə qondarma "soyqırımı" ideologiyası ətrafında sıx birləşib. Paşinyan "soyqırımı" iddialarını SSRİ kluarlarında Türkiyənin NATO-ya üzv olduğu üçün təzyiq vasitəsi kimi yaradıldığını qeyd etdi. Bununla "soyqırımı" iddialarının ermənilər deyil, sovet rəhbərliyinin planı olması mesajını verdi".
Analitik xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında ciddi danışıqlar gedir:
"Məhz Ankaranın şərti ilə Paşinyan qondarma "soyqırımı" siyasətindən imtina edir. Baş nazir "soyqırım"dan imtina etmək üçün tarixi-siyasi arqumentlər gətirməkdən çəkinmir. Həmçinin Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiasını, dövlət gerbindən Ağrı dağının simvolunu çıxartmağı düşünür. Paşinyanın "soyqırımı" iddialarından geri çəkilməsi 100 illik erməni ideologiyasına böyük zərbədir. Ankara və İrəvan arasında konfidensial danışıqlar Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə nəticələnəcək. Əlbəttə, Türkiyə prosesi rəsmi Bakı ilə koordinasiya şəklində davam etdirir. Ankara "Qarabağ problemi yoxdur, Ermənistan iddialardan geri çəkilir" mesajını verməklə, sülhü tezləşdirmək istəyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol