75 il xəbərsiz yaşadılar
- Bacı-qardaş nəhayət qovuşdular
08:29 17.09.2020
Relaks
1732
İllərdir ki, gizlədilən həqiqət 75 ildən sonra üzə çıxıb. "Sherg.az" xəbər verir ki, hadisə Türkiyədə yaşanıb. Belə ki, bacı-qardaşın ayrılması anı düz 75 il bundan əvvəl Qarsın Kağızman qəsəbəsində yaşanıb. Hanım Turanın anası ona hamilə olarkən ər evini tərk edərək, ata evinə qayıdır. 1 yaşlı oğlu İhsan Kökeri isə atasına buraxır. İhsan 3 yaşında olanda atası qəfildən dünyasını dəyişir. Bundan sonra əmisi onu övladlığa götürürək böyüdür.
Başqasıyla ailə həyatı quran Hanımın anası onu nənəsinin himayəsinə buraxır. İki tərəfin bir-birinə qarşı münaqişəli olması səbəbindən biri-birləri ilə qardaş-bacı olmaları illərcə onlardan gizlədilir. Əsl həqiqət isə 2006-cı ildə İhsanın əmisi tərəfindən açılır. Əmisi ona bir bacısının olduğunu və onun yanına aparacağını deyir. Lakin onun bunu etməyə ömrü çatmır.
O, son nəfəsində "Bacın İzmirdədir, onu tap" deyir. Bundan 10 il sonra Kökerin İzmirdə yaşayan qızı Halimə Nazik Turanın ögey qardaşı Yaşarı taparaq onunla əlaqə qurur.
Ancaq qardaşından xəbərsiz olan Turan düz 4 il telefonları cavabsız qoyur. O, zəng edənlərə dəfələrlə buna inanmadığını bildirir və onlardan onu bir daha narahat etməmələrini xahiş edir.
Düyün isə Hanım Turanın İstanbulda yaşayan jurnalist oğlu Orhan Turan tərəfindən açılır. İyul ayında anasını ziyarət etmək üçün İzmirə gedən Orhan məsələdən xəbərdar olur. Orhan Halimə Nazik zəng edərək İhsan Köker və onun uşaqları ilə görüşür. Beləliklə o, İhsan ilə Turanın doğma bacı-qardaş olduqlarına tam əmin olur.
Avqustun 18-də ailəsi ilə birlikdə Qarsın Kazğızman bölgəsinə gedən Hanım Turan burada qardaşı İhsan Köker ilə ilk dəfə görüşür. İllər sonra baş tutan qardaşların böyük görüşü jurnalist Turanın oğlu Orhan tərəfindən “Kardeş: Öyle keçti ömrümüz” adlı sənədli filmə çevrilir. "YouTube"da yayımlanan bu sənədli filmin treyleri film festivallarında görünməyi hədəfləyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq
ABŞ Xark adasına hücum etsə, İran hədəf dairəsini genişləndirəcək
18:58 29.03.2026
Gündəm
Paşinyana qarşı hücum cəhdi ilə bağlı daha bir nəfər HƏBS EDİLİB
18:50 29.03.2026
Gündəm
İran ordusu ABŞ-nin quru əməliyyatına hazır olduğunu BƏYAN EDİB
18:44 29.03.2026
Gündəm
Göyçay çayından sel keçir
18:38 29.03.2026
Aktual
Bakıda göl daşdı, balıqlar ətrafa yayıldı
18:20 29.03.2026
Hadisə
Vaşinqtondan gözlənilməz addım: Ukrayna münaqişəsində yeni ssenari
18:16 29.03.2026
Dünya
Volodimir Zelenski İordaniyada səfərdədir - FOTO
18:08 29.03.2026
Dünya
Bəs sabah nüvə müharibəsi başlasa? - ŞƏRH
18:01 29.03.2026
Siyasət
ABŞ, ya axıra, ya da axura kimi getməlidir... -RƏY
17:36 29.03.2026
Region