Boşanmaq üçün bütün kəndin razılığı lazımdır
01:43 30.09.2021
Relaks
740
Qəbilənin astronomiya bilikləri elm adamlarını heyrətləndirir
Dünyada çoxlu tayfalar var. Bizə primitiv görünən bu qəbilələr arasında Doqon qəbiləsi digərlərindən çox fərqli xüsusiyyətlərə malikdir. Afrikanın Mali şəhərində yaşayan Doqon qəbiləsinin ilk diqqət çəkən xüsusiyyəti onun çoxlu əhaliyə sahib olmasıdır. Qəbilə təxminən 600 min nəfərdən ibarətdir. Qəbilə öz dilində, doqon dilində danışır və başqa dillərlə heç bir əlaqəsi yoxdur. Qəbilənin maska rəqsləri, memarlığı və taxta heykəlləri olduqca böyük diqqət çəkir. Maskalar hər yerdə nümayiş etdirilmir, yalnız insanlar bunu öz evlərində və məbədlərində özəl olaraq nümayiş etdirə bilər.
Doqon qəbiləsində evliliklər ümumiyyətlə monoqamdır. Ancaq nadir hallarda çoxlu arvadlılığa rast gəlmək mümkündür. Kişilərin evlənəcəyi qadını onların ailələri seçir və mütləq şəkildə onların dedikləri qadınla evlənməlidirlər. Evlənəcəyi qadınlar həmişə yalnız öz tayfalarından olmalıdır. Düzdür, bəzi hallar istisnadır. Çünki bəzilərində başqa qəbilədən evlənməyə icazə verilir. Ancaq bəzi peşə sahiblərinin evlənməsi qəti qadağandır. Burada maraqlı adətlərdən biri də odur ki, qadınlar ilk övladlarını dünyaya gətirmədən həyat yoldaşlarından boşana bilərlər, amma bu, qəbilədə elə də xoş qarşılanmır. Bu səbəbdən boşanmalar nadir hallarda olur. Doqon qəbiləsində boşanma çox ağrılıdır və bütün kəndliləri narahat edir. Boşanmanın nə vaxt olacağına isə hər kəs qərar verir və bu evlilikdə hər kəs öz sözünü deyir. Xüsusilə cütlüyün uşaqları varsa, boşanma qərarı üçün bütün kəndin razılığı lazımdır. Boşanma çoxarvadlı evliliklərdə daha az rast gəlinir. Əgər boşanma olarsa, qadınlar yalnız ən kiçik uşağını götürərək evdən çıxa bilərlər. Digər uşaqlar isə atalarının yanında qalmalıdır. Kişilər birdən çox qadınla evlənərsə, həmin arvadlar ayrı evlərdə yaşayır. Birinci arvad həmişə ailələr və cəmiyyət tərəfindən daha çox dəyərləndirilir və hörmət qazanır. Qəbilənin maraqlı xüsusiyyətlərindən biri də odur ki, qadınların ilk övladları dünyaya gəlməmişdən əvvəl valideynlərinin evində qalmalıdırlar. İlk uşaqdan sonra cütlüklər ayrı bir evə çıxa bilərlər. Doqon tayfasının ən əhəmiyyətli xüsusiyyəti eramızdan əvvəl 3200 -cü ilə aid astronomiya məlumatlarına sahib olmalarıdır. Dünyadan çox təcrid olunmuş yaşama tərzlərinə baxmayaraq, onlar astronomiya bilikləri ilə hər kəsi heyrətləndirirlər. Dünyanın hər yerindən görünən və göyün ən parlaq ulduzu olan Sirius ulduzu əksər cəmiyyətlərdə müqəddəs sayılır. Onlar Göbeklitəpənin Siriusa ibadət etmək üçün inşa edildiyini deyirlər. Doqon qəbiləsi texnologiyadan və lazımlı məlumat mənbələrindən çox uzaqda yaşasa da, bilikləri və dedikləri ilə elm adamlarını heyrətləndirirlər. Onlar var olmalarının Sirius və Günəşin evliliyinin nəticəsi olduğuna inanırlar, onlar elm adamlarının hələ də bilmədiyi bir çox göy hadisələri haqqında məlumatlıdırlar. Saturnun halqalarının, Yupiterin peyklərinin və Siriusun çoxlu ulduz sistemindən ibarət olduğunu bilirlər. Doqon qəbiləsi bu inanılmaz astronomiya biliklərini ifadə etmək üçün simvollardan istifadə edirlər. Həm suda, həm də quruda yaşaya bilən canlılar olan Nommos simvolları qəbilədə istifadə olunur. Nommos kosmosdan gələn və Doqon tayfasına bildikləri hər şeyi öyrədən dünyanın yaradıcıları kimi təsvir olunur. Doqon xalqı Sirius sistemində üçüncü bir ulduzun olduğunu düşünür. Deyirlər ki, bu ulduz Sirius B -dən 4 dəfə yüngüldür. Qeyd edək ki, bu ulduz astronomlar tərəfindən 1995-ci ildə kəşf edilib. Onların bu məlumatı necə əldə etmələri ilə bağlı da dərin araşdırmalar aparılır. Qeyd edək ki, Doqon xalqı illər ərzində mədəniyyətini qoruyub saxlaya bilən azsaylı Afrika tayfalarından biridir.
Aynurə Pənahqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə