Dünyanın ən böyük ölü şəhəri...
01:30 13.03.2021
Relaks
694
Şəhər təpənin üstündə tikilmiş ağ hündür evlərdən ibarətdir
Darqavs dünyanın ən maraqlı və sirli yerlərindən biridir.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın cənubunda Qafqaz dağlarının ətəyində yerləşən Darqavs dünyanın ən böyük ölü şəhərlərindən biri hesab olunur. Darqavs yüz illər əvvəl yaşamış minlərlə ölü insanın məzarına ev sahibliyi edir. Rusiyanın Osetiya bölgəsində 5 sıra dağın birində yerləşən şəhər haqqında qorxulu hekayələr mövcuddur. Darqavs şəhəri uzaq və çətin ərazidə yerləşdiyi üçün turistik məkan hesab olunmur. Şəhər təpənin üstündə tikilmiş ağ hündür evlərdən ibarətdir. Bölgəni ziyarət edənlərin çoxu arxeoloqlardır. Onlar ölülərin qayıq içində dəfn olduğunu araşdırıblar. Şəhərdə axar su olmadığı üçün əraziyə qayıqların haradan gəldiyi isə məlum deyil. İnanca görə ruhlar cənnətə getmək üçün çay keçməlidirlər. Ehtimal olunur ki, məhz buna görə ölülər qayıqda dəfn olunub. Min il əvvəl Monqol döyüşündə öldürülən insanları dəfn etmək üçün inşa edilən şəhərdə ölülər əşyaları ilə birlikdə dəfn ediliblər. Gürcüstan sərhədlərində yerləşən bölgədə əsrlərdir ayaqda qalan Darqavs XVI əsrdən etibarən yaxınlıqda yaşayan insanların da dəfn olunduğu ölü şəhərə çevrilib. Ölüm şəhərində yeraltı və yerüstü olmaqla ümumilikdə 95 məzar var. Bunlardan 30-nun zəngin, 65-nin isə yoxsul insanlara aid olduğu iddia olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə