Düşünmək belə dəhşətlidir: Topladığı kuklaları ağaclardan asmağa davam edib
12:09 14.03.2021
Relaks
879
Ağac budaqlarından asılmış yaşlı və çürüyən körpələrlə dolu bir ada, hətta bu barədə düşünmək də dəhşətlidir. Bəhs etdiyimiz yer La Isla de Las Munecas "Körpələr Adası"dır. Qaranlıq və əsrarəngiz keçmişi ilə həqiqətən qorxu dolu bir yerdir.
Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, “Körpələr Adası” hekayəsi Don Julian hekayəsi ilə sıx bağlıdır. Meksikanın Xochimilco qəsəbəsindən olan Don Julian 20-ci əsrin ortalarında arvadını və ailəsini tərk edərək Teshuilo gölündə bir adada tək yaşamağa başlayıb. Bura köçdükdən bir müddət sonra qorxunc bir hadisə ilə qarşılaşıb: göldə boğulmuş bir qız cəsədi. Qızın yanında isə bir kukla da tapıb. Ehtimal ki, bu, elə həmin qızcığaza məxsus olub. Don Julian kuklanı götürüb və mərhum qızın ruhunu xatırlamaq üçün bir ağacın üstünə asıb. Bu andan etibarən özünü adanın qoruyucusu kimi görən adam bir kuklanın yetərli olmadığını düşünüb. Növbəti 50 il ərzində müxtəlif yerlərdən topladığı kuklaları ağacların üstünə asmağa davam edib.
Zibilliklərdən, kanallardan və hətta zamanla kukla bağışlayan insanlardan da toplayaraq adanı bugünkü vəziyyətinə gətirib. Bəzi kuklalar bütövlükdə asılıb, bəziləri isə hissələri ilə. Çünki hissələri itkin olduğu üçün başsız və ya bədənsiz asılıblar. Bütün bu hərəkətlər psixoloji cəhətdən sağlam bir insanın edəcəyi kimi görünmür və əslində onların gerçəkliyində də bəzi şübhələr var. Ən böyük sual işarəsi, boğularaq öldüyü iddia edilən qızın hekayəsinin doğru olub-olmamasıdır. Don Julianın tərk edilmiş ailəsi də daxil olmaqla bir çox insan ölən qızı tam bir xəyal hesab edir. Qızın var olub-olmadığı məlum deyil, amma aydın olan budur ki, Don ömrünün çox hissəsini ona həsr etdi. Don Julianın ölümü belə qızın ölümü ilə eyni idi. Onun cəsədi "Donun qızı tapdığını iddia etdiyi kanalda" kimi boğulmuş formada tapılıb. Bu hadisədən sonra bölgəyə minlərlə turist axın etməyə başlayıb. Dünyanın bir çox yerindəngələn turistlər gəlinciklər gətirib ağaclara asırlar. Hələ də Don Julian və onun körpəsinə (gerçək və ya yox) kuklaları asaraq hörmət etməyə davam edirlər və ruhlarını xatırlayırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə