Keçmiş arvadı Conni Deppi döyürmüş - FOTOLAR
18:13 03.02.2020
Relaks
590
Hollivud aktrisası, aktivist, evdə zorakılığa qarşı çıxan, qadın hüquqlarının müdafiəçisi Ember Herd keçmiş əri Conni Deppi döyürmüş. “Daily Mail”in məlumatına görə, bu barədə keçmiş cütlüyün arasında keçən danışığın mediaya sızmasından sonra xəbər yayılıb.
Ötən ilin mart ayında Depp evində quraşdırılmış kameralardan onlarla video təqdim etmişdi.
Kadrlarda Ember Herdin ərini döyməsi, hətta şüşə parçası ilə barmağını kəsməyə çalışması qeydə alınıb.
Həmin vaxt kadrlar mətbuatda yayımlanmadı, lakin təqribən bir ildən sonra “Daily Mail” onları dərc edib.
Kadrlarda gözünün altı qaralan Deppin üzü geniş planda verilib, həmçinin qanlı barmağı əks olunub.
Bundan başqa cütlüyün davasının səs yazısından aydın olur ki, Herd həqiqətən də Deppə müxtəlif əşyalar, o cümlədən tava və qazanlar atıb.
Aktrisanın özü etiraf edir ki, qəzəblənəndə ağlını itirir.
Yazılarda Depp Emberi “maniakal qəzəbli” olduğunu və onu döydüyünü deyir.
“Sən ötən gecə məni vurdun, lənət şeytana… Mən bilərəkdən gecə getdim ki, bir-birimizi öldürməyək. Çünki biz davam etsəydik hər şey çox pis bitə bilərdi. Mən bir gün cinayət törədəcəyimizdən çox qorxuram”, - deyə Depp bildirir və sevdiyi qadına ayrı otaqlarda yaşamağı təklif edir.
Ember isə cavabında bildirir ki, hər şeyin yaxşı olacağına, özünün sakitləşəcəyinə vəd verə bilmir, bəzən nə dərəcədə səbrsiz olduğundan şikayətlənir. Həmçinin o, ərinə bildirir ki, onu döymək istəməyib, sadəcə vurub (ehtimal ki, üzündən).
“Mən səni döymək istəmirdim, səni yumruqla vurmurdum. Bilmirəm əlim məhz hansı hərəkəti edirdi, ancaq bunu tam zərbə adlandırmaq olmazdı, sən zərər çəkməyibsən”, - deyə aktrisa bildirib.
O, həmçinin vurğulayıb ki, Deppin istiqamətinə əşyaların atılmasını döymək cəhdi kimi qiymətləndirmək lazım deyil.
Məhkəmədə Depp bəyan etmişdi ki, keçmiş arvadı ona şüşə, konserv bankaları, yanan şamlar, televizorun pultunu və sair atıb.
Bundan əvvəl Ember Herd sabiq ərini şahidləri pulla almaqda ittiham eləyib. Bu iş üzrə məhkəmə iclası cari ilin fevral ayına təyin olunub. Conninin vəkili əmindir ki, Ember bilərəkdən aktyorun reputasiyasını dağıdır və qalmaqalın köməyi ilə ondan daha çox pul almağa çalışır.
Herd və Depp 2015-ci ildə evlənib və artıq növbəti ildə aktrisa ərini evdə zorakılıq etməkdə ittiham edərək, boşanma üçün ərizə verib. Onlar rəsmi şəkildə 2017-ci ildə boşanıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq