Orta yaşın 70 olduğu yer
Yusif Nəzərli
11:15 07.10.2021
Relaks
628
Bura dünyanın ən uzunömürlü insanlarının yaşadığı adadır
Uzun və xüsusən də sağlıqlı həyatı hər kəs arzulayır. Bunun üçün mümkün olduğu qədər, bildiyimiz, bacardığımız qədər qidalanmaya diqqət etməyə, idmanla məşğul olmağa, lazımi qədər yatmağa çalışırıq. Dünyada bütün bu şərtlərə çox diqqətli əməl edilən ölkə, yenə də Yaponiyadır. Yaponiyanın Okinava adası. Bu adada orta yaş həddi 70-dir. Bura dünyanın ən uzunömürlü insanlarının yaşadığı yerdir.
Adada 70-90 yaş qocalıq hesab edilmir. Ömrün orta çağı sayılır. 70-90 yaşlı insanlar cavanlar qədər, bəlkə onlardan da artıq dərəcədə güclü, qüvvətlidir. Qadınlı, kişili - hər hansı ağır işdən qaçmaz, öz işlərini özləri görər, çiyinlərini ən ağır yükün altına verərlər. Adanın 90 yaşlı sakinləri idmanla, yoqa ilə məşğul olur və velosiped sürür. Amma bunu necə bacarırlar? Yəni 70-90 yaşına kimi sağlam qalmağı və işləməyə davam etməyi? Sualın əsas cavabı düzgün qidalanmadır! Buna görə də adanın sakinləri arasında demans, şəkər xəstəliyi, ürək-damar xəstəlikləri, eləcə də xərçəngə tutulma riski “yox” deyiləcək qədər azdır. Bunu aparılan elmi araşdırmalar təsdiq edir. Qidalanma önəmli bir faktordur. Bu insanlar nə yeyib, nə içir? Bəri başdan bunu deyək ki, mədələrini doldurmaqdan çəkinirlər. Az yeyib, idmanla mütəmadi məşğul olurlar. Əsas qida rasionunu tərəvəz, soya və dəniz məhsulları təşkil edir. Şirin kartof, aşıl yarpaqlı və sarı tərəvəzlər, soya pendiri, az miqdarda dəniz məhsulu, yağsız ət, mevə və çay gündəlik qidalarıdır. Çay demiş, söhbət təzə dəmlənmiş Yasəmən çayından gedir. Bir də sarıkök – zərdəçaldan ədviyyat olaraq çox istifadə edilir.
Zərdəçal güclü antioksidan sayılır. Bir də ada sakinlərinin həyatları boyunca qida rasionundan çıxarmadığı ənənəvi yapon şorbası – “Miso” var. Okinava sakinləri Yaponiyanın digər bölgələrindəkilərə nisbətən daha az düyü yeyir. Üstünlüyü şirin kartofa verirlər. Əsasən Aralıq dənizi menyüsuna bənzəyən Okinava mətbəxində duz, şəkər, yağ çox kişik yer tutur.
Rasiondakılar arasında sırf Okinavaya məxsus məhsullar ola bilər. Amma qidalanma üzrə mütəxəssislər bu fikirdədir ki, hər bir ölkə sakinləri Okinavadakı qidalara bənzər və eynilə bu qidalarda olan faydalı elementlərlə zəngin başqa qidalar, öz ölkələrinə xas məhsullar tapa bilər. Əsas sağlam qidalanmadır. Bunun bir neçə şərtləri var:
Süfrədən doymadan qalxmaq. Tərəvəzlərə üstünlük vermək. Paketlənmiş, süni dadlandırıcı qidalardan uzaq durmaq.
Elm adamları sağlıqlı və uzun ömürlü yaşamın həm də genetik olduğu qənaətindədir. Okinava xalqı dərilərinə də daim qulluq edir, onu cavan saxlamağa səy göstərirlər.
Siqaret çəkmək faizi çox aşağıdır. Ada sakinləri əsasən balıqçılıqla məşğul olduğundan fiziki aktivlik daimidir. Buranın yaşlı insanları da olduqca aktiv həyat tərzi keçirir. Sosial əlaqələri çox güclüdür.
Daim ətraflarında dostları və ya sevdikləri vardır. Bu da xoşbəxt həyatın əsas faktorlarından biridir.
Mütəxəssislər yalnız yaşamağın gün ərzində 15 siqaret çəkmək qədər orqanizmə zərər verdiyini söyləyir. Eyni zamanda təlaşsız, həyəcansız, sakit bir həyat sürürlər. Stresdən uzaq qalır, astadan danışır, yavaş-yavaş, aramla yeyirlər.
Artıq bədən çəkisinə malik olmağı heç sevmirlər, köklüyü öldürücü bir xəstəlik hesab edirlər.
Sosial aktivlik və hərəkətlilik, bədəni və zehni sağlam saxlamaq, idman etmək, fiziki aktivlik, gündə ən azı 2 litr su içmək, sizi həyata bağlayacaq bir məqsədin, arzularınızın olması, hər hansı bir işlə məşğul olmaq, bekar qalmamaq, hər gün yavaş templərlə qaçış, ailəniz və dostlarınızla zaman keçirmək, kiçik görüşlər, qohumlarla mehriban münasibətlər, stresdən uzaq durmaq – bütün bunlar ömrü uzadan vazkeçilməzlərdir.
Nə olursa olsun, kimlərinsə sizi sevdiyini, sizə ehtiyacları olduğunu, sizin də kimlərəsə kömək edə biləcəyinizi unutmayın.
Bir də unutmayın ki, dünyada örənə biləcəyiniz hələ çox şey var. Bunlar yapon fəlsəfəsidir. Təkcə yapon deyil, insanlıq fəlsəfsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol
Niderlandın Rotterdam limanında partlayış: Ölən və yaralananlar var
18:15 13.08.2026
Dünya
Çin və Belarus hərbçiləri birgə təlimlər keçirir
18:08 13.08.2026
Dünya
Gürcüstan Rusiya ilə sərhədi bağladı
18:01 13.08.2026
Cənubi Qafqaz