“Qurbağa uşaqlar” olayı...
Yusif Nəzərli
23:28 05.10.2021
Relaks
970
Onların qatilləri hələ də tapılmayıb
Dünyada açılmamış cinayətlər nə qədər desəniz var. Amma söhbət 5 azyaşlının ölümündən gedirsə, “niyə qatillər tapılmır” sualı bir qədər də ucadan səslənir. Onlar – 5 uşaq qurbağa tutmağa gediblər. Amma... Geri – evlərinə dönməyiblər. Cəsədləri tapılıb. Onları qətlə yetirən kimlərdir? Və niyə?
“Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, bu dəhşətli faciə Cənubi Koreyada baş verib. Cənubi Koreyanın Daegu şəhərində yaşayan 5 uşaq qurbağa tutmaq üçün evlərindən bir qədər uzaqdakı gölə gedib. Yaşları 9-13 arası. Uşaqlar məktəb tətilindəymiş. Əylənmək fikrinə düşüb və şəhərin qərb hissəsindəki War-yong dağına gediblər. Bir müddət keçsə də uşaqların evə dönmədiyini görən ailələri narahat olmağa başlayıb və polisə müraciət ediblər. Hökumətdə yer alan nazirlərdən biri televiziyada çıxış edərək uşaqların axtartışına 300.000 polis və əsgəri qüvvə cəlb edildiyini söyləyib. War-yong dağı 500 dəfə axtarılıb, lakin uşaqlarla bağlı heç bir əlamət tapılmayıb. Faciəli hadisə 26 mart 1991-ci ildə baş vermişdi. Və üzərindən 11 il keçdikdən sonra dağa meşə armudu toplamağa gedən bir nəfər 5 cəsəd görür. Bunun 1991-ci ildə itkin düşmüş uşaqlara aid ehtimalı ortaya qoyulur. Əvvəlcə polis uşaqların soyuqdan donaraq ölmələri versiyası üzərində dayanıb. Lakin valideynlər bu versiyanı qəbul etməyib. Və istintaq aparılmasını tələb ediblər. Uşaqların əynindəki paltarlar düyünlənmiş halda idi və valideynlər də bundan şübhələnirdilər. Tibbi ekspertizanın rəyi belə idi ki, uşaqlardan 3-nün başına küt alətlə zərbə endirilib. Polis “uşaqları əsəbi halda olan birisi qətlə yetirmişdir” açıqlaması verdi. 2006-cı ilədək davam edən istintaq qatilin hələ də tapılmaması səbəbindən təxirə salındı. Lakin 2015-ci ildə səsvermə nəticəsində istintaqın yenidən bərpasına qərar verildi. İstintaq yenidən başlansa da, “Qurbağa uşaqlar” adını almış cinayət işi cinayətkar və ya cinayətkarların müəyyənləşməməsi səbəbindən yenə qapalı elan edildi. Suallar hələ qalır, ata-anaların göz yaşları da hələ axır. Bu faciəli hadisə 2011-ci ildə çəkilmiş “A-i deul” adlı filmin senarisini təşkil edir. Daegu şəhərində isə uşaqlarn xatirəsinə abidə ucaldılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə