Səbəb işdir
Yusif Nəzərli
01:12 12.10.2021
Relaks
502
Bu ölkədə evli cütlüklər ayrı-ayrı yataqlarda yatır
Şərqi Asiyanın özünəməxsus mədəniyyət və adət-ənənlərinə sahib ölkəsi Yaponiyada evli cütlüklər fərqli yaşam tərzi sürür. Yapon cütlüklər ayrı-ayrı yataqlarda yatmağa üstünlük verir. Amma nədən? “Şərq” “Milliyyet.com”a istinadən bildirir ki, bunun başlıca səbəbi Yaponiyadakı iş saatıdır.
Yaponiya iş saatı uzundur. Ölkə sakinlərini orda-burda - harda gəldi yuxuya dalmış görə bilərsiniz. Hətta bəzi iş yerlərində məxsusi yuxu otaqları var. Yuxusu gələn bu otaqlara çəkilib yata bilər. Evli cütlüklərdən hər ikisi əgər işləyirsə, iş və istirahət saatları müxtəlif ola bilər. Biri işdən qayıdanda, digəri işə gedə bilər. Yapon cütlüklərin ayrı-ayrı yataqlarda yatmaq qərarı vermələrinin əsas səbəbi də budur. Evə gec qayıdan, ya da səhər erkən saatlarda işə getməli olan həyat yoldaşlarına rahatsızlıq vermək istəmirlər. Eyni otaqda və eyni yataqda yatarlarsa, bu, ikisindən birinin rahat uyumasına mane ola bilər.
Ayrı-ayrı otaqlarda və yataqlarda yatdıqda isə rahat uyuyur və günə daha gümrah başlayırlar. İkinci səbəb isə yapon adətinə görə, uşaqların müəyyən bir yaş dövrünə qədər analarının yanında yatmalarının vacibliyi düşüncəsidir. Elm adamları uşağın anasının yanında yatmasının ona daha üstün özünə inam qazanmasına və bu səbəbdən də sərbəst həyata daha sürətlə atılmasını, təhsildə də uğur qazanmasını təmin etdiyini təsdiqləyir.
Bu səbəbdən də yapon atalar övladları analara “təslim edir”, özləri isə ayrı otaqda yatırlar. Adətən cütlüklər ayrı-ayrılıqda yatmağın ailə həyatında problemlər yaratdığını iddia edir, yaponlarsa bu fikri qətiyyən qəbul etmir. Digər səbəb yaponların yüz illərdir məişətlərində dəyişmədikləri “futon” adlı bir nəfərlik və yerdə salınan yataqlara bağlılıqlarıdır.
Bu gün də yaponların böyük əksəriyyəti məhz bu yataqlara üstünlük verir. Hətta yaponlar olduqca kiçik evlərdə yaşamalarına rəğmən ayrı-ayrı yataqlarda yatmaq adətindən vaz keçmirlər. Araşdırmalara görə, yapon cütlüklərin yalnız 29.2 faizi eyni yatağı paylaşır. Bir başqa araşdırmaya görəsə yapon cütlüklər bir-birini çox nadir hallarda öpür. Anket sorğusuna qatılan evli yaponların 65.6 faizi həyat yoldaşını öpmədiyini bildirir. Fəqət bunun xoşbəxtliklərinə mane olmadığını da vurğulayırlar. Yeri gəlmişkən, 1800-cü ilədək Avropada da evli cütlüklər ayrı-ayrı yataqlarda yatırmış.
Araşdırmalar göstərir ki, eyni yataqda yatan cütlüklər arasında ən xırda məsələlər üstündə dalaşırlar. Bu da onu göstərir ki, sağlam ailəyə sahib olmaq rahat yuxudan keçir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya
İran genişmiqyaslı müharibəyə tam hazırdır - Politoloq
17:09 28.03.2026
Gündəm