Şəhərlərdə ən təhlükəsiz yerlər müəyyən edildi
05:36 09.02.2020
Relaks
531
ABŞ-da Pensilvaniya Dövlət Universitetinin alimləri böyük şəhərlərdə havada çirkləndirici bərk hissəciklərin miqdarının aşağı səviyyədə olduğu ən təhlükəsiz yerləri müəyyən ediblər.
“Phys.org”da yerləşdirilən press-relizdə bildirilir ki, bunlara binaların damları və külək tutmayan tərəfləri daxildir.
Tədqiqatçılar şəhər ərazisində hava axınını simulyasiya edən aerodinamik qurğu yaradıblar. Aşağı hündürlüklərdə küləyə mane olan və turbulentlik (ağac və binalar) yaradan maneələrin yaradılması üçün alimlər kartondan və plastik konstruktorun detallarından istifadə ediblər. Bərk hissəciklər havada çox vaxt su damcıları ilə örtülü olduğu üçün, çirklənmə mənbəyi kimi ultrasəs nəmləndiricisindən istifadə edilib.
Təcrübə zamanı əldə edilən məlumatlar kompüter modelinin işlənib hazırlanması üçün istifadə edilib. Hissəciklərin ən az miqdarı binaların damında və külək tutmayan tərəflərində (hissəciklərin axını küçələrə perpendikulyardır) aşkar edilmişdi. Bu da qəza nəticəsində çirkləndirici maddələrin havaya atılması zamanı piyadalar üçün yeni təhlükəsizlik qaydalarını müəyyən etməyə kömək edir. Bildirilir ki, yeni havasorucu qurğuları binaların dam hissələrində küçə yollarından uzaqda quraşdırılmalıdır.
Çirklənmiş şəhər havası xroniki xəstəliklərin və xərçəngin inkişafının, həmçinin vaxtından əvvəl ölümün əsas səbəblərindən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq