Sərnişin avtobusunda piton təlaşı: Qutudan çıxıb itən ilan qorxu yaratdı - VİDEO
09:21 05.02.2020
Relaks
579
Türkiyənin İstanbul şəhərindən Düzcə vilayətinə gedən sərnişin avtobusunda pitonla bağlı təlaş yaşanıb. Bu barədə “HaberGlobal” məlumat yayıb.
Bildirilir ki, sərnişinlərdən biri evində bəslədiyi pitonu xüsusi qutunun içində avtobusun yük yerinə qoyub. Ancaq ilan buradan çıxıb. Avtovağzalda düşdükdən sonra qutunu əlinə alan sərnişin bir müddət sonra ilanın olmadığının fərqinə varıb. Dərhal geri dönüb və sürücüyə xəbərdarlıq edib.
Avtobus sürücüsünün köməkçisi Melih Güvenc baş verənləri belə xatırlayır:
“Hamı düşdükdən sonra nəqliyyat vasitəsini yumağa apararkən sərnişinlərdən biri gəlib əlindəki qutuda heyvanının olmadığını bildirdi. Sərnişin itkisi barədə xəbər verdikdə, söhbətin pişik, yaxud it kimi ev heyvanından getdiyini düşündük. Lakin axtarılan canlının ilan olduğunu öyrənəndə qorxuya düşdük”.
Avtobusda axtarış aparıldıqdan sonra ilan ehtiyat təkər bölməsində tapılıb və sahibinə təslim edilib.
“Piton ilanının zəhərli ola biləcəyindən qorxduq. Sərnişin onun evdə bəslənildiyini bildirsə də, yenə də avtobusdan çıxardıqdan sonra arxayınlaşdıq. Yataq bölgələrinə getsəydi, bizim üçün problem yaranardı… Belə bir təhlükədən xilas olduq”, - deyə sürücünün köməkçisi bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya
60 yaşında ürəyə hansı yük uyğundur? - Həkim izah etdi
19:07 29.03.2026
Sağlamlıq