
“Sərt təpki olmasaydı, İran geri çəkilməyəcəkdi”
13:01 23.09.2021
Relaks
815
“Tehranda xarici işlərin nazirlərinin görüşü olmayacaqdı və gərginlik artacaqdı”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ayətullah Xameneinin Ərdəbil nümayəndəsi və Ərdəbilin İmam Cüməsi Seyid Həsən Amiliyə cavab verib. A. Paşazadə bildirib ki, 44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanıb, dindarların haqlı narazılığına səbəb olub:
“Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır. Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki, şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi, sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq”.
Gec olsa da, Amili, nəhayət, cavabını aldı. Yəqin, bundan sonra İran mollaları öz “qınlarına” çəkilərlər...

Cənub qonşumuzun din yolu ilə manipulyasiyası barədə “Sherg.az”a fikir bildirən Ağ Partiya sədri Tural Abbaslı bunun həm də siyasi motivli olduğunu nəzərə çatdırdı:
“Tehran yanlış olaraq Bakının güclənməsindən narahatdır. İran çalışır ki, Azərbaycanın başı özünə qarışsın. Ona görə də həmişə təzyiqlərə cəhd göstərir və adekvat cavabını alır. Sevindirici haldır ki, Azərbaycan ictimaiyyəti, o cümlədən siyasi partiyalar İran mollasına lazımi cavabı verdilər. Tehran irəli getməyin onun ziyanına olacağını anladı. Belə təpki olmasaydı İran geri çəkilməyəcəkdi, Tehranda xarici işlərin nazirlərinin görüşü olmayacaqdı və gərginlik artacaqdı”.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ChatGPT ilə xərçəngə qarşı peyvənd hazırladı
02:34 29.03.2026
Sağlamlıq
“Yeraltı” serialının Bozosu Bakıya gəlir
02:02 29.03.2026
Şou
ABŞ İrana qarşı əməliyyatda 11000-dən çox hədəfi vurub
01:36 29.03.2026
Dünya
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə