Tamamilə dik gəzə bilən insan Yer üzündə "düşünüldüyündən daha çox yaşayıb”
11:49 02.01.2020
Relaks
561
Tamamilə dik gəzə bilən insan növünün - Homo Erektusun indiyə qədər bilinəndən daha çox yaşadığı barədə faktlar aşkar edilib.
ABŞ-dakı Ayova Universitetində çalışan mütəxəssislərin İndoneziyanın Java adasındakı Solo çayının sahilində tapdığı fosillər bu insan növünün 100 min il əvvələ qədər yaşadığını göstərir.
Bu o deməkdir ki, Homo Erektus müasir insanlarla eyni dövrdə yaşayıb.
Yeni qalıqlar tapılana qədər hesab edilirdi ki, iki milyon il əvvəl Afrikada ortaya çıxmış bu növ orada 500 min il, Çində isə 400 min il əvvəl yox oub.
Araşdırmanın nəticələri "Nature" elm jurnalında dərc olunub.
"Tropik meşələrə uyğunlaşa bilməyiblər"
1930-cu illərdə yenə Solo çayının sahilində Homo Erektus növünə aid 12 kəllə və iki ayaq sümüyü tapılmışdı. Bölgənin geoloji quruluşu qarışıq olduğu üçün və həmin əraziylə bağlı informasiyanın azlığı səbəbindən sonrakı illərdə sümüklərin yaşı öyrənilə bilməmişdi.
1990-cı illərdə başqa bir komanda Javada 53000-27000 əvvələ aid olduğu düşünülən sümük parçaları tapmışdı.
Professor Russell Ciochon Ngandong-da tapılmış Homo Erektus kəllələrinin replikalarıyla
Bu qazıntılar adada müasir insanlarla Homo Erektusun yaşadığı dövrlərin toqquşmuş ola bilcəyi ehtimalını doğurmuşdu.
Bu yaxınlarda Ayova Universitetinin əməkdaşı professor Russel Ciochon-un rəhbərlik etdiyi komanda bölgədə yeni qazıntı işləri aparıb və ərazinin quruluşunu yenidən analiz edib.
Komanda belə nəticəyə gəlib ki, sümüklər 117000-108000 il əvvələ aiddir. Bu tarix Homo Erektusun yaşamış ola biləcəyi ən yaxın dövr hesab olunub.
Homo Erektusun Java adasında bir milyon ilə qədər yaşadığı təxmin edilir.
Əvvəlki illərdə cənub-şərqi Asiyada Homo Erektusun kiçik növlərə təkamül etmiş qohumlarına rast gəlinmişdi.
Səbəb kimi adalarda qida mənbələrinin məhdud olması göstərilir.
Təxmin edilir ki, Javada mənbələrin zəngin olması Homo Erektusa ölçülərini qoruya bilmək imkanı verib.
Mütəxəssislər hesab edirlər ki, fosillər Cavada ətraf mühitin dəyişməyə başladığı dönəmə aiddir. Həmin dövrdə açıq meşə sahələrini tropik meşələr əvəz etməyə başlayıb. (bbc)
Güman olunur ki, Homo Erektusun adadan yoxa çıxmasının səbəbi savanna iqliminə alışmış bu növün yeni şəraitə uyğunlaşa bilməməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya