“Yaşamaz, ölür”, dedilər
Yusif Nəzərli
22:18 03.02.2022
Relaks
1035
Hiranurun sevgisi buzovu həyata qaytardı
Türkiyənin Sivas bölgəsinin Sofular kəndində vaxtından əvvəl doğulmuş buzov evdə - 5 yaşlı Hiranurla birgə böyüyür. Buzov kəndin muxtarı Fatih Yıldırımın kiçik təsərrüfatına aid ahırda doğulub. “Şərq” “Milliyet.con”a istinadən xəbər verir ki, boğaz inəyin balasını dünyaya gətirmə vaxtı hələ yetişməyibmiş.
Amma inək birdən rahatsızlanıb və buzov dünyaya gəlib. 1 ay tez dünyaya gəlmiş buzov üşüməsin deyə muxtar onu evə gətirib, sobanın yanında yatacaq yeri düzəldib. Buzova “Benikli” adı verilib. Dünyaya gəldiyində 10 kiloqram olub.
Baytar həkim buzovun həyatda qalmaq şansının 100-də 20 olduğunu söyləyərək, “yaşamaz, ölür”, deyib. Amma Allah öldürməyincə, kimsə ölməz, deyərlər. Muxtar da, kiçik qızı Hiranur da buzova qulluq etməyə başlayıb. Hiranur buzovu yanından ayırmayıb, birlikdə yatıb-qalxıblar.
Buzovu əmzikli şüşəyə tökdükləri südlə qidalandırıblar. Buzovun nə dişləri varmış, nə dırnaqları, nə də tükü. Amma Hiranurun sevgisi və qayğısıyla qısa müddətdə ayağa qalxıb. Fatih Yıldırım deyir ki, buzov böyüdükdə onu ahıra aparmalı olacaqlar: “qızım onsuz nə edəcək? Elə bağlanıb ki, buzova. Buzov da ona. Onları bir-birindən ayırmaq çətin olacaq”.
Buzov Hiranuru addım-addım izləyir. Uşaq hara gedirsə, ardınca düşür. Bəzən oynayırlar, sonra da birlikdə yuxuya gedirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya