Papuaşvili Fransa səfirini “kar olmamağa” çağırıb
Yusif Nəzərli
08:12 20.03.2025
Dünya
302
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Fransanın bu ölkədəki səfirini “kar olmamağa” çağırıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, Papuaşvili Fransa səfirliyinin dəstəklədiyi QHT rəhbərinin nifrət dilindən istifadə etdiyini, səfirin bu məsələdə mövqeyini aydınlaşdırmalı olduğunu qeyd edib.
“Bir neçə gün əvvəl Fransanın Gürcüstandakı səfirinin dəstəklədiyi “Safari” qeyri-hökumət təşkilatının rəhbəri Gürcüstanın xarici işlər nazirinin ünvanına təhqiramiz ifadələr işlədib. Sonra mən açıq şəkildə səfirə müraciət etdim ki, mövqeyini aydınlaşdırsın. Səfir bu məsuliyyətdən yayındı. Məhz səfirin biganəliyinin nəticəsidir ki, bu dəfə nifrət çıxışının hədəfi İctimai Yayım Xidmətinin jurnalistidir. Bu cür nifrət təbii ki, hər hansı radikal fəalın zədələnmiş emosional vəziyyətinin ifadəsi deyil. Onun konkret vəzifəsi var, məqsəd hədəfə alınan jurnalisti qorxutmaq, sıxışdırmaqdır. Görək Fransa səfiri bu dəfə necə davranacaq. Dəstəklədiyi insanı alçaldıcı davranışlardan çəkinməyə çağıracaq yoxsa kar olmaqla yeni bir nifrət hərəkətinə təşviq edəcək" – deyə Şalva Papuaşvili yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm