
Parlamentari: Almaniyada bu qədər ciddi səhvə yol verilməsi təsadüfi deyil
11:57 01.04.2025
Siyasət
553
Almaniya Prezidentinin sosial media profilində 30 mart 2025-ci ildə yayımlanan bir paylaşım Azərbaycan ictimaiyyətində geniş narazılığa səbəb olub. Söz konusu paylaşımda artıq keçmişin qalığı olan qondarma rejimin bayrağının yerləşdirilməsi və altına yazılmış mətn, Azərbaycanın ərazi bütövlüyü ilə birbaşa ziddiyyət təşkil edirdi. Bu, Azərbaycan tərəfi tərəfindən ciddi şəkildə etirazla qarşılanıb və dərhal iki ölkənin Prezident Administrasiyaları və Xarici İşlər Nazirlikləri arasında diplomatik təmaslar başlanıb. Almaniya tərəfi, paylaşımın səhvən edildiyini etiraf edərək, həmin postu dərhal silib. Almaniya Prezident Administrasiyasının rəhbəri tərəfindən Azərbaycan tərəfinə ünvanlanmış məktubda, baş vermiş bu hadisəyə görə üzrxahlıq ifadə olunub və məktubun mediaya verilməsi üçün razılıq verilib. Məktubda qeyd edilib ki, səhv baş verib və Almaniya, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir.
Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Sherg.az”a vurğulayıb ki, Almaniya prezidenti Frank-Valter Ştaynmayerin səhifəsində qondarma rejiminin əski parçasının paylaşılmasının təxribat olub-olmadığını araşdırmaq Almaniya Prezidenti Administrasiyasının və müvafiq qurumların üzərinə düşür:

“Düşünürəm ki, bu qədər ciddi səhvə yol verilməsi təsadüfi deyil. Çünki Almaniya prezidentinin regiona səfəri ərəfəsində Deutsche Wellenin platformasında da ermənilərin bilavəsiə Azərbaycan əleyhinə hazırladığı sənədli film yayılmışdı. Həmin sənədli filmdə Azərbaycan bağlı faktlar ermənilərə münasibətdə sərgilənir və feyk məlumatlar yer alırdı. Bu proseslər biri-biriylə bağlı olan hadisələrdir və belə böyük ciddi səhvin təsadüfi olması inandırıcı görünmür. Qənayətimə görə, ortalıqda böyük təxribat mövcuddur. Almaniyanın səhvini anlayaraq Azərbaycandan rəsmi qaydada üzr istəməsi Prezident İlham Əliyevin nüfuzundan və ölkəmizin regionda olan əhəmiyyətindən irəli gəlir. Şübhəsiz ki, üzrxahlıq müsbət yanaşmadır, lakin bununla yanaşı baş verən təxribatların araşdırmaların başladılması Almaniyanın da xeyrinə olar. Çünki çox ciddi təxribatçı fəaliyyət göstərən erməni diasporu və onlarla əlaqədə olan şəxslər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya