
Sosioloq od püskürdü: Aparıcı kimi bizə sırınanlar minimum bilgilərə belə sahib deyil
13:48 01.04.2025
Cəmiyyət
522
"Kanal S"in efirində aparıcı Nigar Fərhadın “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. Onun fikrini cəmiyyətin müxtəlif təbəqəli insanları, ictimai xadimlər, şəhid ailələri, cəmiyyətdə önəmli mövqeyə malik insanlar sərt tənqid edib. Onlar sosial şəbəkələrdə aparıcının sərt cəzalandırılmasını tələb ediblər.
Rezonans doğuran bu məsələ ilə bağlı "Kanal S"in Baş direktor müavini Ramin Mustafayev Manset.az-a açıqlamasında irəliləyən dəqiqələrdə Nigar Fərhad haqqında tədbir görüləcəyini bildirib:
"Bu barədə kanalımızın baş direktorunun da məlumatı var. Bəli, bununla bağlı tədbir görüləcək. Hələki qərarı gözləyirik".
Məsələ ilə bağlı Audiovizual Şura açıqlama yayıb:
"Kanal S" televiziyasında yayımlanan "Sözün bitdiyi an" programında aparıcının səsləndirdiyi subyektiv fikirlərdən narahatlığımızı bildirir və qınayırıq. Məsələ ilə bağlı araşdırma aparılacaq, qanun çərçivəsində müvafiq tədbir görüləcək və əlavə açıqlama veriləcəkdir".
Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, aparıcılar efirdə aparıcıdan başqa hər şey olmağa çalışırlar:

“Onlar müstəntiq, istintaqçı və hakim kimi fəaliyyət göstərirlər. Bir sözlə hərşeyşünas olurlar. Ümumiyyətlə aparıcıları efirə hansı kriteriyalarla seçdikləri bəlli deyil. Bax, bu gün cəmiyyətə qaranlıq olan budur. Çünki aparıcı kimi bizə sırınan o şəxslərin əksəriyyəti aparıcılıqla bağlı minimum bilgilərə belə sahib deyil. Əvvəllər aparıcılar müəyyən mərhələlərdən keçirdilər. Amma bu gün ya fiziki özəlliklərinə görə, ya da sponsor bazasına görə seçirlər. Yəni əgər verilişi layihəsi hər hansı bir sponsor tərəfindən dəstəklənirsə, maliyyə ayrılırsa, ona hər yerdə yaşıl işıqdır. Hətta hər şey haqqında münasibət bildirməyi haqları bilirlər. Eyniz zamanda efirə qonaq çağırır, qonağa danışmağa imkan vermir, təhqir edir və efirdən qovurlar. Əgər kriteriya süzgəci olsaydı, bu gün efirlərimizdə o addımı atmağa heç kəsin haqqı çatmazdı. Çox təəssüf ki, bu addımları atan aparıcılar haqqında heç bir tədbir görülmür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya