Azərbaycan XİN 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb
22:27 26.09.2025
Rəsmi
556
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Gününə dair bəyanat yayıb.
Sherg.az xəbər verir ki, bəyanatda deyilir:
“Bu gün, ölkəmizə qarşı təcavüzə və torpaqlarımızın 30 ilə yaxın işğalına son qoyulması ilə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanmasından 5 il ötür.
Məhz 5 il əvvəl bu gün Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Azərbaycan silahlı qüvvələri 30 illik tarixi ədalətsizlik, ərazi bütövlüyümüz, suverenliyimiz və beynəlxalq hüququn kobud şəkildə pozulmasına qarşı mübarizəyə qalxdı.
Bu tarix salnaməsinin qəhrəmanları olan Şəhidlərimizin müqəddəs ruhuna dərin ehtiram və minnətdarlığımızın təcəssümü olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 sentyabr tarixi hər il ölkəmizdə Anım Günü kimi qeyd olunur.
27 sentyabr – Anım Günündə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən mərd oğul və qızlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, bu yolda sağlamlıqlarını fəda edən müharibə iştirakçılarına cansağlığı arzulayırıq.
27 sentyabr tarixindən ötən 5 il ərzində postmünaqişə dövrünün yenidənqurma və sülh gündəliyi ölkəmiz tərəfindən uğurla irəlilədildi. Bu gün azad olunmuş ərazilərimizə həyat qayıtmaqdadır, işğal və təcavüz nəticəsində dağıdılmış şəhər və kəndlərimiz ən yüksək dünya standartları və ən yeni texnologiyaların tətbiqi ilə yenidən dirçəlir.
Mina təhdidi ilə mübarizə səyləri davam etdirilir, humanitar minatəmizləmə fəaliyyəti, eləcə də bu hədənin vətəndaşlarımızın həyat və sağlamlığına törətdiyi təhlükə daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.
Keçmiş münaqişənin sağalmayan yaralarından biri olan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, Ermənistanın təcavüzü zamanı soydaşlarımıza qarşı insanlıq əleyhinə cinayətlər törədənlərin hüquqi məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər postmünaqişə səylərinin ayrılmaz tərkib hissəsi kimi davam etdirilməkdədir.
Ölkəmizin təşəbbüsü, qətiyyəti ilə başladılan və irəlilədilən ikitərəfli Azərbaycan-Ermənistan sülh prosesi də artıq öz nəticələrini verməkdədir. 44 günlük Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ərəfəsində, 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində keçirilmiş tarixi zirvə görüşü və onun nəticəsində ABŞ tərəfinin də şahid qismində imza atdığı Azərbaycan-Ermənistan Birgə Bəyannamə, “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətninin paraflanması, eləcə də keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk prosesi və əlaqəli strukturların ləğvi ilə əlaqədar atılan addımlar 30 ilə yaxın davam edən keçmiş münaqişə səhifəsinin birdəfəlik aradan qaldırılması yolunda əhəmiyyətli irəliləyişdir.
Bölgəmizə qeyri-sabitliklik və faciələr gətirən işğal və təcavüzün bir daha yaşanmayacağına zəmanət verəcək sistematik tədbirlərin davam etdirilməsi, xüsusilə ölkəmizin ərazi bütövlüyünə qarşı Ermənistan Konstitusiyasında əksini tapan iddiaların aradan qaldırılması müstəsna əhəmiyyət kəsb edir.
Dayanıqlı sülhə hər zamankından daha yaxın olduğumuz bu dövrdə, sülh gündəliyinin irəlilədilməsi Vətən müharibəsi qəhrəmanlarımızın müqəddəs xatirəsi qarşısında ən böyük borcumuzdur.
27 sentyabr – Anım Günündə qəhrəmanlarımızın əziz xatirəsini bir daha dərin ehtiramla yad edirik.
Şəhidlər ölməz, Vətən bölünməz!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
12:54 12.10.2026
Gündəm
Sülh danışıqları üçün Ərdoğanın vasitəçi olmasını istədilər
12:51 12.10.2026
Gündəm
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm