Azərbaycanın Meksikadakı səfiri geri çağırılıb

Məmməd Afiq oğlu Talıbov Azərbaycanın Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Honduras, Kolumbiyada, Kosta Rikada, Qvatemalada, Panamada və Peruda səfiri vəzifəsindən geri çağırılıb.
Sherg.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamına əsasən, Seymur Həbib oğlu Fətəliyev Azərbaycanın Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.